SON DƏQİQƏ

PressDent.Info

Yerevanda polis qiyamçılara qarşı hücuma hazırlaşır Yenilənir

Yerevanda polis qiyamçılara qarşı hücuma hazırlaşır Yenilənir
19-07-2016, 22:13 29058 dəfə baxılıb

Ermənistan Daxili İşlər Nazirliyi polis idarəsini zəbt edənlərə qarşı hücum xəbərini təkzib edib. Polis rəisinin müavini Samvel Ovannisyan qeyd edib ki, atışma səsləri fişəng olub və heç kim zərər çəkməyib. DİN nümayəndəsi atəşin toqquşma nəticəsində baş verdiyini də təkzib edib. Bununla belə o atəşin zəbt edilən bina tərəfindən atldığını da etiraf edib.

Binanı zəbt edənlərlə əlaqə saxlayan müxalifətdən olan deputat Nikol Paşinyan bildirib ki, atəş polisin dinc aksiyaçılara qarşı güc tətbiqinə etiraz olaraq açılıb.

“Təsis Parlamenti” hərəkatının üzvlərinin verdiyi məlumata görə, binada olan Varuşan Avetisyan onlara qarşı hücumun olmadığını və polis kordonu yanında toplaşan insanlara dəstək vermək üçün havaya atəş açıblar.

***

Ermənistanın paytaxtı Yerevanda xüsusi təyinatlılar artıq üç gündür qiyamçılar tərəfindən ələ keçirilmiş polis şöbəsinə hücum keçməyə hazırlaşır.

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub, artıq güllə səsləri eşidilir.

Polis şöbəsinin ətrafına toplaşmış qəzəbli kütlə Sarkisyanın və hüquq-mühafizə orqanlarının ünvanına söyüşlər söyür və polis səddini yarmağa çalışır.

***

Yerevanda polis binasının zəbt edilməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə iyulun 19-da AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Amma milli təhlükəsizlik xidməti cinayət işinin məhz hansı maaddələr üzrə açılması ilə bağlı radionun sualını cavablandırmayıb.

“Təsis Parlamenti” adlı hərəkatın binanı zəbt eləmiş silahlı üzvləri, bu gün axşam hakimiyyətin tələbinə cavab verməlidir.

Hazırda silahlılarla danışıq aparılır.

Bir qrup silahlı adam iyulun 17-də polis-patrul xidmətinin qərargahını zəbt edib, 9 polis əməkdaşını girov götürüblər.

Atışma zamanı polkun komandir müavini Artur Vanoyan öldürülüb, 4 polis isə yaralanıb.

Silahlılar“Təsis Parlamenti” nin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

***

Ermənistanda polis patrul alayının binasını ələ keçirən qiyamçılarla danışıqlar aparılır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti silahlı qrupdan təslim olmağı tələb edir.

“Hazırda silahlı qrupla girovları azad etmək və polisə təslim olmaqla bağlı intensiv danışıqlar aparılır”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, silahlı qrup son tələblərini bu gün saat 19:00-da açıqlayacaq. Məlumatlara görə, onlar təslim olub-olmamaqla bağlı çağırışa da həmin vaxt cavab verəcəklər.

***
Ermənistanda polis binasında girovları saxlayan silahlı qrup son tələblərini bu gün saat 19:00-da açıqlayacaqlar.

Bu barədə “Təsisedici parlament” təşkilatının nümayəndəsi Alka Yeniqomşyan deyib.

O, bir gün əvvəl Jirayr Sefilyan və onun tərəfdarları ilə əlaqə saxladığını bildirib: “Bildirdilər ki, bu gün saat 19:00-da öz tələblərini mənim vasitəmlə verəcəklər”.

Qeyd edək ki, “Yeni Ermənistan” hərəkatının bir qrup üzvü iyulun 17-də paytaxt irəvan yaxınlığındakı Erebuni rayonunda yerləşən polis patrul alayının binasını ələ keçiriblər. Onlar yüksək rütbəli polis zabitlərini və digər əməkdaşları da girov götürüblər. Girovlardan bəzilərini azad etsələr də, hazırda əllərində 4 şəxs var.

Silahlı qrup həbsdə olan Jiray Sefilyanın azad olunmasını, həmçinin, Serj Sarkisyanın istefasını tələb edirlər.

***

Yerevan küçələrində prezident Serj Sarkisyan rejiminin devrilməsinə çağıran hökumət əleyhinə şüarlar peyda olub.

Zəbt edilmiş polis idarəsi binasının ərazisinə müxalifətçi deputatlar Zarui Postancyan və Nikol Paşinyan gəliblər.

“Ermənistan vətəndaşlarına qarşı polis tərəfindən bu günlərdə aparılan repressiyalar hazırda prezident aparatında gizlənmiş şəxs tərəfindən aparılıb. Bütün bunlar Serj Sarkisyanın birbaşa əmri əsasında edilir. Artıq 3 gündür polis rəisi ilə görüşməyə çalışıram ki, məni zəbt olunmuş bunaya buraxsınlar, lakin buraxmırlar”, – Postancyan deyib.

Bir neçə fəal, o cümlədən Yerevan şəhər şurasının üzvü David Sanasaryan həbs edilmiş müxalifətçilərə münasibətdə polis əməkdaşlarının qeyri-insani davranışı barədə bildiriblər.

***

“Bizimlə Ermənistan DTX arasinda saat 19:00-a qədər heç bir fəal hərəkətin olmayacağı barədə razılaşma var idi. Lakin onlar uşaqlarla əlaqəni kəsdilər. Mən onlara 30 dəqiqə vaxt verirəm ki, əlaqəni bərpa etsinlər, əks halda, hakimiyyətlə danışıqlar baş tutmamış hesab olunacaq”.

Bu barədə jurnalistlərlə söhbətində “Təsis parlamenti” təşkilatının üzvü və ASALA terror təşkilatının keçmiş üzvü Alek Yeniqomşyan bildirib.

***

Yerevanda polis binasını ələ keçirən silahlı qrupla hakimiyyət orqanlarının danışıqları davam etdirilir.

Bunu jurnalistlərə Ermənistan parlamentinin üzvü, ASALA terror təşkilatının keçmiş üzvü Alek Yeniqomşyan deyib.

“Hazırda rejimlə danışıqlar aparılır. Danışıqlar rejimin təşəbbüsü ilə aparılır. Mən bunu proseein birbaşa iştirakçısı kimi deyirəm. Yəni danışıqlar dalana dirənməyib.

Amma gecə baş verənlər rejimin insidentin danışıqlar yolu ilə həll olunması ilə bağlı niyyətinin ciddi olduğunu şübhə altına salır.

***

Bu dəqiqələrdə Yerevanda polis idarəsi binasına  ağır texnika yaxınlaşdırılıb, zəbt edilmiş binanın üzərində pilotsuz uçan aparatlar görünüb.

Rusiyanın «Birinci kanal»ı binaya hücum olunduğu barədə məlumat yaysa da, Ermənistan KİV-i xəbəri təsdiqləmir.

* * *

Yerevan opera teatrının qarşısındakı Azadlıq meydanındakı icazəsiz mitinq polis tərəfindən dağıdılıb. Virtualaz.org xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb.

Məlumata əsasən, onlarla insan küçələrlə yürüş edərək, artıq iokinci gündür ki, polis məntəqəsini zəbt edərək, girov saxlayan silahlı müxalifətçilərin olduğu Post-Patrul Xidməti alayının doslikasiya yerinə getmək niyyətində idi.

***

Hüquq müdafiəçisi Avetik İşxanyan Azadlıq meydanında etirazçıların bəzi tələblərin səsləndirib. O, polisin Erebunidə polis idarəsini tutan silahlı şəxslərə qarşı güc tətbiq etməyəcyinə zəmanət istəyib. Həmçinin Jirar Sefilyanın və bütün saxlanılanların azad edilməsi tələb olunub.

General Unan Poqosyan nümayişçiləri əmin edib ki, saxlanılanların hamısı azad ediləcək. Həmçinin fəallara qarşı zorakılıq araşdırılacaq. O bildirib ki, hazırda polis binası tutanlarla danışıqlar aparılır və 9 girovdan 5-i azad etmək mümkün olub.

***

Yerevanda müxalifətçilərin həbsləri davam etdirilir. Artıq insanların Azadlıq meydanına axışdığı barədə məlumatlar yayılır. “Ayağa qalx, Ermənistan” təşkilatının üzvləri meydanda Sarkisyanın istefasını tələb ediblər. Həbs edilən müxalifətçilərin sayı 10 nəfəri keçib.

Polis idarəsini zəbt etmiş silahlı qrupun üzvlərindən biri jurnalistlərlə əlaqə saxlayaraq ərzaq probleminin olduğunu deyib. O bir sutkadır ac qaldıqlarını, lakin sona qədər gedəcəklərini bildirib.

***

Yerevanda zəbt edilmiş polis idarəsinin ərazisinə Ermənistan DTX-nin başçısı Georgi Kutoyan və polis rəisi Vova Qasparyan gəliblər.

Bir müddət sonra DTX başçısı hadisə yerini tərk edib. Ərazi mühasirəyə alınıb və oraya jurnalistlər buraxılmır.

Eyni zamanda, qonşu Xorenatsi küçəsində polis üç gənci saxlayıb. Onlar əllərində “Başqa çıxış yoxdur” yazılmış plakat tutublarmış.

Silahlı dəstənin üzvlərindən biri Varujan Avetisyan jurnalistlərin Ermənistan DTX-nin onları terrorçu adlandırması ilə bağlı sualına cavab verib.

“DTX cinayətkar rejimə xidmət edən əsas təşkilatlardan biridir. Təbii ki, DTX üçün biz terrorçuyuq. Ümumilikdə, tiranlığa qarşı çıxan, onun üçün təhlükə törədən və onu devirməyə çalışan hər kəs bu cür adlandırılır. Amma xalq tirana qalib gələndən sonra bizim qarşımıza Çauşesku, Yanukoviç və Qəzzafi çıxır… Bunu DTX və ya “Baqramyan, 26” (prezident aparatı) üçün sərfəli bir şey kimi nəzərdən keçirmək lazım deyil. Bu səthi və səhv yanaşmadır”, – o deyib.

***

Jirayr Səfilyan Ermənistan prezidenti Serj Sərkisyanla görüşməyə hazırdır. Bunu həbsdə olan Jirayr Səfilyanla görüşdən sonra ASALA terror təşkilatının keçmiş üzvü, “Təsis parlamenti”nin üzvü Alik Yeniqomşyan deyib.

Eyni zamanda, “Arabo” dəstəsinin komandiri, general Manvel Yegiazaryan Ermənistan hakimiyyətinə xəbərdarlıq edib ki, ələ keçirilmiş polis binasına hücum edilməsin.

“Hakimiyyət uşaqları hücumla ələ keçirmək istəsə, bu xalqın böyük qəzəbinə səbəb olacaq”, – o deyib.

***

Yerevanda polis bölməsini ələ keçirmiş silahlı dəstənin üzvlərindən biri Varujan Avetisyan bildirib ki, o, həbs olunmuş liderləri Jirayr Səfilyanla əlaqə saxlaya bilib. Bu barədə erməni mənbələri məlumat veriblər.

Onun sözlərinə görə, Səfilyan vəziyyətin normallaşdırılması üçün üçüncü variantı təklif edib və hazırda bu hakimiyyət nümayəndələri ilə müzakirə edilir. Avetisyan onu da əlavə edib ki. onların və girovlarının yeməyə ehtiyacı var.

Qeyd edək ki, silahlı qrupun üzvləri təslim olmayacaqlarını bildiriblər və hücum olacağı təqdirdə sona qədər mübarizə aparacaqlar. Qeyd olunub ki, üsyançılar hakimiyyətin dəyişdirilməsi və Jirayr Səfilyanın azad edilməsi tələblərindən geri çəkilməyiblər. Öz hərəkətlərində onlar ictimai dəstəyə arxalandıqlarını bildiriblər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ