SON DƏQİQƏ

PressDent.Info

Fransa “erməni soyqırımı”nı inkara görə cəza düzəlişni qəbul edib

Fransa “erməni soyqırımı”nı inkara görə cəza düzəlişni qəbul edib
2-07-2016, 16:46 22011 dəfə baxılıb

Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) iyulun 1-də hökumət tərəfindən “Bərabərlik və vətəndaşlıq” qanun layihəsinə təklif olunan və uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan düzəlişi qəbul edib.

Düzəliş bəşəriyyətə qarşı baş vermiş cinayətləri inkar edənlərə və ya onun əhəmiyyətini azaltmaq istəyənlərə münasibətdə cəza tətbiqini nəzərdə tutur. Qanun layihəsində xüsusi olaraq “erməni soyqırımı” da bu cinayətlər sırasına aid edilib. Düzəlişə əsasən qanunu pozanları 1 illik həbs cəzası və ya 45 min avro məbləğində cərimə gözləyir.

Qanun layihəsi baxılmaq üçün Senata göndəriləcək.

Xatırladaq ki, 2012-ci ilin fevralında analoji qanun layihəsini ölkənin Konstitusiya Şurası rədd etmişdi. Yeni düzəlişin təşəbbüskarı Fransa prezidenti Fransua Ollanddır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ