SON DƏQİQƏ

PressDent.Info

Dəmirtaş prokurorluğa çağırıldı

Dəmirtaş prokurorluğa çağırıldı
30-06-2016, 18:32 19836 dəfə baxılıb

Türkiyənin Xalqların Demokratiyası Partiyası( HDP) liderlərindən sayılan Səlahəddin Dəmirtaş prokurorluğa çağırılıb.

Türkiyə mətbuatının məlumatına görə,  Mersin şəhərində baş verən hadisələrlə bağlı açılan cinayət işi çərçivəsində S. Dəmirtaş Ankara Baş Prokurorluğuna ifadə verməyə çağırılıb.

Ankara Baş Prokurorluğu Səlahəddin Dəmirtaşdan başqa HDP-çi millət vəkilləri Dirayət Daşdəmir və Bedran Öztürkü də  ifadə vermək üçün çağırıb.

Dəmirtaş isə Ankara Prokurorluğunun onu çağırmasına baxmayaraq ifadə verməyə getməyəcəyini bildirib.

Qeyd edək ki, bir müddət öncə Dəmirtaşın millətvəkili kimi  toxunulmazlığı əlindən alınıb (Lent.az).

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ