SON DƏQİQƏ

PressDent.Info

Sarkisyan: “Aprel döyüşlərinin bitməsində Rusiya böyük rol oynayıb”

Sarkisyan: “Aprel döyüşlərinin bitməsində Rusiya böyük rol oynayıb”
31-05-2016, 18:18 23316 dəfə baxılıb

Ermənistan prezidenti Avrasiya İttifaqının Astana iclasında Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolundan danışıb. ANS PRESS-in məlumatına görə, Serj Sarkisyan deyib ki, aprel döyüşlərinin bitməsində Rusiya böyük rol oynayıb.

“Ermənistan Dağlıq Qarabağ münaqişəsi  ətrafında baş verənləri sakit izləyə bilmir.  Əlbəttə ki, döyüşlərdən sonra Qarabağın “özünümüdafiə” dəstələri öz sıralarını bərpa etdi. Burada Rusiyanın rolu çox əhəmiyyətli oldu”, – deyə Ermənistan prezidenti bildirib.

Sarkisyan deyib ki, rəsmi İrəvan münaqişənin sülh yolu ilə həlli üçün variantlar axtarışındadır. “Amma aprel ayında baş verən hadisələr Avrasiya İttifaqının sərhədlərinin təhlükəsizliyi üçün bir çağırış idi. Avrasiya İttifaqının gələcəyə iki yolu var: ya iqtisadi sabitlik, təhlükəsiz  zonaya çevrilmək, ya da gərginliyin və düşmənçilin daimi mərkəzinə çevrilmək”.

İclasda  Ermənistan prezidenti ilə yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan prezidentləri də iştirak edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ