10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?
22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...
11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri
11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?
11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?
23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...
15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?
14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi
20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi
14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev
13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.
21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.
Böyük Britaniya Baltikyanı ölkələrə tank qrupu göndərə bilər
Böyük Britaniya NATO-un yeni proqrammı çərçivəsində Estoniya, Latviya və Litvaya min hərbçi, tank və artilleriya göndərmək imkanlarını nəzərdən keçirir.
Bu barədə “Times” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Filip Xammond bəyan edib ki, Alyansın NATO regionunda möhkəmlənməsi çərçivəsində Şərqi Avropa ölkələrində rotasiya əsasında 4-5 tabor yerləşdirilə bilər. “Wall Street Journal” qəzeti yazıb ki, ABŞ Baltikyanı ölkələrə 2 tabor, Almaniya və Böyük Britaniya isə bir tabor göndərə bilər.
“Times” qəzetinin məlumatında qeyd edilib ki, London Baltikyanı ölkələrə tanklar və artilleriya qurğuları ilə komplektləşdirilmiş taktiki tank qrupu göndərməyi planlaşdırır. Məsələ barədə yekun qərar NATO-nun Varşava sammitində qəbul ediləcək. Eyni zamanda Alyans NATO-nun döyüş qabiliyyətinin artırılması üçün Şərqi Avropada tank və digər abır silah bazaları yerləşdirmək imkanlarını nəzərdən keçirir.
Bu arada ABŞ dövlət katibinin müavini Gntoni Blinken bildirib ki, NATOrotasiya əsasında Şərqi Avropada 4 min hərbçi yerləşdirəcək. NATO baş katibi Yens Stoltenberq isə deyib ki, NATO komandanlığı bir neçə Şərqi Avropa ölkəsində çoxmillətli taborlar yerləşdirməyi tövsiyə edib. Ancaq bununla bağlı yekun qərarNATO-nun iyulda keçiriləcək sammitində qəbul ediləcək.