SON DƏQİQƏ

PressDent.Info

Türkiyə və İranla viza rejimi niyə aradan qaldırılmır?

Türkiyə və İranla viza rejimi niyə aradan qaldırılmır?
10-05-2016, 12:34 22446 dəfə baxılıb

İlham İsmayıl: «Bu məsələnin həlli üçün siyasi iradə və qətiyyət lazımdır»

Iranın Xarici Işlər Nazirliyi Azərbaycanla sərhəd-buraxılış məntəqələrində güzəştlərin tətbiqi məsələsini araşdırır. APA-nın məlumatına görə, bunu Iran Xarici Işlər Nazirliyinin sözçüsü Hüseyn Caberi Ansari deyib.

H.Caberi Ansari bildirib ki, ötən həftə Azərbaycan və Iran müştərək sərhəd-buraxılış məntəqələrinə  baxış keçirib: “Hər iki tərəfdən nəzarət-buraxılış məntəqəsinin işi ilə tanış oldum və bir sıra problemlərin şahidi oldum. Iranın  Xarici Işlər Nazirliyi sərhəd-buraxılış məntəqələrində hər iki ölkənin vətəndaşlarının  gediş-gəlişinin asanlaşdırılması, həmçinin yük daşımalarını gündəmdə saxlayır”.

Məlum olduğu kimi, Azərbaycan vətəndaşlarının ən çox gedib-gəldiyi ölkələrdən olan Türkiyə və Iranla bizim aramızda viza düyünü hələ də qalmaqdadır. Hökumət rəsmiləri Türkiyə ilə vizanın aradan qaldırılması barədə sualı cavablandırarkən bildirmişdi ki, bu addım atılsa, Irana münasibətdə də analoji qərar verilməlidir. Və bu arqumentlə hər iki ölkə ilə viza rejimini saxlayan Azərbaycan hökuməti görəsən hansı səbəbdən bunu aradan qaldırmaq istəmir? Viza rejiminin qalması təhlükəsizliklə bağlıdır, yoxsa iqtisadi məsələlərlə?

ilham-ismayil

Bu suallara aydınlıq gətirmək məqsədilə təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıla müraciət etdik. Ekspert deyir ki, Türkiyə ilə viza tətbiqi Iranın şərtləri əsasında baş verib. Ilham Ismayılın sözlərinə görə, bu fakt birbaşa deyilməsə də, dolayı yollarla dəfələrlə çatdırılıb: “Iranla viza rejiminin aradan qaldırılması təhlükələr, başağrılar yarada bilər. Hamı bilir ki, Iranda radikal dindarlar və başqa ölkələrdən gələrək Irandan keçmək istəyənlər var. Ona görə də Azərbaycan viza rejimini tətbiq edir. Iran da həmişə Naxçıvan məsələsini bəhanə gətirir. Iran Naxçıvana quru yolla gediş-gəliş üçün hazırda yeganə yoldur. Amma Azərbaycan qətiyyətli siyasi iradə nümayiş etdirsə, bu məsələdə problem yaşanmaz və Türkiyə ilə viza rejimi ləğv oluna bilər. Indiki halda, diplomatik yolla, dolayısıyla müzakirələr davam edə bilər. Bu məsələlərin biryolluq həllində kimdənsə asılı vəziyyətdə qalmaq yox, siyasi iradə və qətiyyət lazımdır”.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ