SON DƏQİQƏ

PressDent.Info

Bakıdan Çinə gedən qatar Qazaxıstanda "itib"

Bakıdan Çinə gedən qatar Qazaxıstanda
1-02-2016, 16:28 24534 dəfə baxılıb

Rusiyanın ətrafından keçərək Avropadan Çinə "İpək yolu" ilə yük daşıyan Ukrayna qatarı qrafikdən geri qalır. Bu barədə  Tass agentliyi bildirib.
 
Agentliyin «Dostıq» stansiyasında olan əməkdaşı  qatarın stansiyaya gəlmədiyini bildirib.
 
Respublikanın «Qazaxstan temi jolı» operatoru  qatarın harda olduğu barədə məlumat verə bilməyib, sadəcə, qatarın respublika ərazisi ilə hərəkətdə olduğunu bildirib.
 
Yerli  nəqliyyat  kompaniyalarından isə yanvarın 30-da qatarın Karakandan əyalətinin Balxaş stansiyasında ödəmə etmədiyi üçün dayandırıldığını bildirilib. Ancaq xəbərin rəsmi təsdiqi yoxdur.
 
10 vaqon və 20 qırxfutluq konteynerdən ibarət sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınmışdı. Yanvarın 22-də Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Bərə Terminalına çatan konteyner qatarı buradan Qazaxıstana, ordan isə Çinə doğru yol almışdı. (Qatar Gürcüstanın Poti limanına yanvarın 20-də çatmışdı).
 
Yeri gəlmişkən, Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmiryolu marşrutunun uzunluğu 5471 km-dir. Bu marşrut “İpək yolu”nun yeni istiqaməti olacaq və Rusiyadan yan keçməklə Ukraynadan yüklərin Mərkəzi Asiya bazarına alternativ olaraq çatdırılmasına xidmət edəcək.
 
Yanvarın 14-də isə Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər.
 
Yanvarın 1-dən Rusiya Ukrayna üçün azad ticarət zonası haqqında MDB-nin müqaviləsini dayandırıb və bu ölkənin mallarının öz ərazisindən tranzitinə qadağa qoyub. 
 
Ukrayna hazırda Rusiya vasitəsilə yüklərin tranzitini dayandırıb və bu səbəbdən yük daşımalarını Belarus ərazisindən həyata keçirir. Avropa ilə Asiyanı birləşdirən yeni marşrut elə digər 4 ölkə üçün də iqtisadi cəhətdən əlverişli hesab olunur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ