SON DƏQİQƏ

PressDent.Info

Rumıniyanın baş naziri istefa verib

Rumıniyanın baş naziri istefa verib
4-11-2015, 16:31 21409 dəfə baxılıb

Rumıniyanın baş naziri Viktor Ponta istefa verib. Bu haqda hakim Rumıniya Sosial Demokratik Partiyasının təmsilçisi Liviu Draqnea bildirib.
Baş nazirin istefa verməsinə səbəb ölkə paytaxtı Buxarestdəki "Colectiv" adlı gecə klubunda baş verən yanğın olub.
 
Oktyabrın 31-də baş verən həmin hadisə nəticəsində 32 nəfər həyatını itirib, 200-ə yaxın insan müxtəlif dərəcədə yanıb.
 
Qeyd edək ki, Buxarestdə və ölkənin başqa şəhərlərində yanğınla bağlı etiraz yürüşü keçirilib. Aksiya iştirakçıları baş nazir Viktor Ponta və daxili işlər naziri Qabriel Oprinin istefasını tələb edirdilər. Etirazçılar onları korrupsiyaya himayədarlıq etməkdə günahlandırırlar. Aksiya iştirakçıları bildirib ki, baş nazir və daxili işlər nazirinin bu əməli nəticəsində gecə klubunda faciə baş verib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ