SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Kreml təyyarələrinin vurulacağı halda, Səudiyyənin başına gələcəklərdən danışıb

Kreml təyyarələrinin vurulacağı halda, Səudiyyənin başına gələcəklərdən danışıb
30-10-2015, 17:29 29594 dəfə baxılıb

Vyanada  Suriyanı böhranlı vəziyyətdən çıxarılması növbəti raund keçiriləcək. Söhbətin mürəkkəb və heç də həmişə konstruktiv olmayacağı gözlənilir.
 
Danışıqlarda Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə, həmçinin Suriyada maraqları olan ölkələrin «müşaiyyət qrupu» iştirak edəcək.
Rusiya bu müzakirələrə Suriya proseslərində ciddi nüfuzu olan İranın da qoşulmasını istəyirdi. Belə görünür ki, bu məsələ uğurla həll olunub. İlkin məlumatlara görə, İİR XİN rəhbəri  Məhəmməd Cavad Zərif Suriya münaqişələri başlanandan bəri ilk dəfə olaraq bu barədə danışıqlarda iştirak edəcək.
 
Görüşdə əsas hədəf Suriya daxili  dialoq vasitəsilə siyasi  prosesisə başlanılmasında həmrəylik göstərilməsidir. ABŞ Dövlət Katibi Con Kerri Vyana danışıqlarının  çətin olacağını, bununla belə  uğur üçün şans olduğunu deyib. Optimizmə əsas səbəb kimi Rusiya və ABŞ arasında  azı çərçivə səviyyəsində razılıq əldə olunması göstərilir. Moskva və ABŞ münaqişə bitənə qədər prezident Bəşşar Əsədin hakimiyyətdə qalması və münaqişənin  təkcə hərbi deyil, həm də siyasi yolla  həllinin tərəfdarıdır.
 
Burada əsas məsələ odur ki, Suriya vətəndaş müharibəsindən elə yolla çıxmalıdır  ki, bu münaqişəyə cəlb olunan bütün tərəflər razı qalsın.
 
Bəzilərini razı salmaq asan olacaq.
 
İran, İraq və hətta İordaniya prinsipcə Rusiyanın  təklifi ilə razıdır.
 
Türkiyə ilə vəziyyət bir qədər çətindir. Azı ona görə ki, Ankaranın aqressiv mövqeyi onun üçün əsas daxili siyasi alətə çevrilib. Yaxın günlərdə  ölkədə parlament seçkiləri keçiriləcək. Nəticələrə görə aydın olacaq ki, AKP  hakimiyyətdə qalacaq, yoxsa rəqib  qüvvələrlə  Parlament koalisiyası yaradıcalaq. Bununla belə, Ərdobğanın seçkiqabağı strategiyası  onun və partiyasının Türkiyəyə asayişi (sözün düzü, elə özünün  dağıtdığı) qaytara biləcək  güclü hökumət kimi tanıtmaq, həmçinin  dünya və regionda hörmətini qaytarmaqdır (hansı ki, yenə elə Ərdoğan tərəfindən itirilib).
 
Ankaranın  Əsəd, kürd və Rusiya əməliyyatlarına sərt münasibəti məhz bununla izah olunur. Beləliklə,Türkiyə faktiki olaraq danışıqlar prosesindən istisna edilir  və ondan hansısa konstruktivliyi ancaq seçkilərdən sonra gözləmək mümkündür. Çünki  hər halda Ankara da Suriyada vəziyyətin sabitləşməsini və Suriya Kürüstanının yaranmamasının tərəfdarıdır.
 
Ən mürəkkəb mövqe Səudiyyə Ərəbistanındır. Çünki Birləşmiş Ştatlar və Ər-Riyad  Suriyanın yetəri qədər qiymətləndirməyiblər, Rusiyanın müdaxiləsi isə Ərəbistanın  bu ölkədə hökuməti devirmək planlarının üstündən birdəfəlik xətt çəkdi.
 
Lakin ABŞ, Avropa Birliyi və Hətta Türkiyədən fərqli olaraq Səudiyyə Ərəbistanı  öz gedişini modifikasiya edə bilmir.
 
Bütün regionda baş verənlər əvvəldən Səudiyyə-İran qarşıdurması kimi baxılırdı. Suriya məsələsinə baxış bucağının dəyişməsi, rəsmi Dəməşqin qorunub saxlanılması isə Səudiyyə Ərəbistanının növbəti məğlubiyyəti kimi dəyərləndiriləcək. Bundan başqa, yeni razılıq Sədiyyə Ərəbistanının körfəz ölkələri arasında liderliyini sual altına qoya bilər.
 
Məhz bu səbəbdən krallıq  Suriyada vəziyyəti gərginləşdirməyə çalışır. Ondan maksimum Suriyada gərginliyi ancaq müəyyən çərçivədə gərginləşdirməsini tələb etmək olar. Məsələn, ona bildirmək olar ki, suriyalı silahlı dəstələrə  Rusiya təyyarələrini vura biləcək PZRK-i verməsin. Kreml bunu yaxşılıqla həll etməyə çalışacaq. Ancaq alınmasa, o biri yola baş vurmalı olacaq. Onlara başa salınacaq ki, Səudiyyənin silahı ilə Rusiya təyyarələri vurularsa, Yəməndə  husilər Səudiyyəyə qarşı müqavimət üçün daha çox imkanlar əldə edəcəklər. Ehtimal ki, Putin  Vyana görüşündən qabaq kral Salmanla məhz bu barədə söhbət edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ