SON DƏQİQƏ

PressDent.Info

Fələstin İsrail zülmünə görə BMT Təhlükəsizlik Şurasından kömək istədi

Fələstin İsrail zülmünə görə BMT Təhlükəsizlik Şurasından kömək istədi
11-10-2015, 01:05 22114 dəfə baxılıb

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və BMT Baş katibindən İsrailin Fələstinli mülki vətəndaşlara qarşı zorakılığına qarşı tədbir görməsini istəyib.
 
Mənsur məktubunda İsrailin Fələstin xalqına qarşı hücumlarının artdığını və təkcə bu gün 7 Fələstinlinin öldürüldüyünü, 45-nin yaralandığını bildirib.
 
BMT TŞ və Baş katib Pan Gi Mundan İsrailin işğal altındakı Fələstin torpaqlarından çıxması və vətəndaşlara qarşı hücumlarını dayandırması üçün tədbir görməsini tələb edən Mənsur, İsrailin hücumlarının beynəlxalq humanitar hüququn pozulması olduğunu vurğulayıb.
 
Fələstin rəhbərliyinin bu hücumları qınadığını da söyləyən Mənsur, İsraili bu qeyri-qanuni hərəkətlərindən döndərmək üçün sözlərin çatmadığını, çox gec olmadan addım atılması lazım olduğunu bildirib. Mənsur İsrailin bütün müharibə cinayətləri və dövlət terroruna görə hesab verməsi lazım gəldiyini də qeyd edib.
 
BMT Baş katibinin Sözçüsü Stephane Dujarric də mətbuat konfransında verdiyi açıqlamada, regionda zorakılığın artmasından narahatlıq duyduqlarını dilə gətirərək, "Mülki vətəndaşlara qarşı hücumları və vətəndaşların öldürülməsini pisləyirik" - dedi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ