SON DƏQİQƏ

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

PressDent.Info

Azərbaycanlıların qəbirləri dağıdıldı (FOTO)

Azərbaycanlıların qəbirləri dağıdıldı (FOTO)
11-10-2015, 01:02 30905 dəfə baxılıb

Vandalizm aktı naməlum adamlar tərəfindən oktyabrın 6-dan 7-nə keçən gecə baş verib. Vandallar 12 qranit başdaşını dağıdıb. Dağıdılanlar arasında Böyük Vətən Müharibəsi veteranlarının qəbirüstü abidələri də var. Onların abidələri fərqləndirici ulduz nişanı ilə seçilir. Bəzi başdaşıların sahibləri hələ müəyyən edilməyib. Fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən yoxlama aparılır. Qəbiristanlıqda bərpa etmə işlərini sabaha başa çatdırmaq planlaşdırılır.
 
Mahaçqalanın başçısı səlahiyyətlərini müvəqqəti icra edən Musa Musayev memorialda və ona yaxın ərazidə mühafizənin gücləndirilməsi göstərişini verib. ANSPress-in məlumatına görə, bundan başqa, Mahaçqala hakimiyyəti məktubla polis şöbəsinə müraciət edərək, hadisənin gunahkarlarını tapmağı xahiş edib.
 
"Mütləq bu əclafları tapmaq və cəzalandırmaq lazımdır", - deyə paytaxt merinin səlahiyyətlərini icra edən Musa Musayev bildirib.
 
 
Dağıstanda bu il artıq bir neçə dəfə vandalizm aktları baş verib. Sonuncu dəfə yanvar ayında Dərbənddə naməlum adamlar Şixsalah qəbiristanlığında Seyid Mir-Qafar ağanın məqbərəsini dağıdıblar.
 
Seyid qəbrinin dağıdılması yerli əhali arasında da kəskin etiraza səbəb olub. Hadisədən dərhal sonra mitinqə çıxmaq istəyən soydaşlarımızın qarşısı son anda yerli azərbaycanlı liderlər tərəfindən alınıb. Lakin soydaşlarımızın qəzəbi hələ də keçməyib.
 
Bu yer şiə müsəlmanları tərəfindən müqqəddəs sayılır. Əsasən Dərbənddə yaşayan azərbaycanlılar bura daha çox ziyarətə gəlir. Şəhər sakinləri polisdən vandalizm aktını törədənləri tezliklə tapmağı tələb edib . Həmçinin Rusiyada yaşayan Azərbaycan diaspor nümayəndələri Dağıstan başçısı Ramazan Abdulatipova vandalları tapıb cəzalandırmaq xahişiylə müraciət edib.
 
Dağıstan rəhbərliyinə Ramazan Abdullatipov gəldikdən bu yana Dərbənddə yaşayan azərbaycanlılara qarşı təzyiqlər artıb. Buna misal olaraq dərbəndlilərin qanuni yolla seçdiyi şəhər meri, əslən azərbaycanlı olan Qurban Qurbanovun qeyri qanuni yolla, təzyiqlə vəzifədən uzaqlaşdırılması və ona yaxın adamların bu günə qədər təzyiq altında saxlanılmasını göstərmək olar

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ