SON DƏQİQƏ

PressDent.Info

Frans-Press Minada həlak olanlarla bağlı Səudiyyənin siyahısını ifşa etdi

Frans-Press Minada həlak olanlarla bağlı Səudiyyənin siyahısını ifşa etdi
9-10-2015, 23:56 27342 dəfə baxılıb

Bu ilki müqəddəs həcc mərasimi zamanı Minada baş verən dəhşətli hadisədən iki həftədən artıq bir müddətin keçməsinə baxmayaraq, Səudiyyə rəsmiləri Mina qurbanlarının sayını hələ də 769 olaraq açıqlayır.
 
Frans Press Agentliyi müxtəlif ölkələrin bu il Həccə gedən zəvvarlarının Minada öldüyünü elan etdiyi məlumatlarına əsaslanaq, Mina faciəsi qurbanları sayının 1200-ü keçdiyi bildirib.
 
Səudiyyə rəsmiləri indiyə qədər 24 sentyabr tarixində Minada baş verən faciədə qurbanların sayını qəti olaraq açıqlamamaqda israr etsə də, Frans Press-in dünənki xəbərində bu rəqəmin 1221-i keçdiyi bildirilib.
 
Müxtəlif ölkələr və həcc təşkilatlarının verdiyi məlumata görə, siyahıda yüzlərlə hacının adının hələ olmadığı bildirilir.
 
Frans Press 28 ölkənin Mina hadisəsi barədə verdiyi rəqəmlərə əsaslanaraq belə bir siyahı hazırlayıb: İran 464, Misir 148, İndoneziya 120, Pakistan 76, Nigeriya 64, Mali 60, Seneqal 54, Hindistan 51, Niger - 28, Mərakeş 27, Əlcəzair 24, Kamerun 20, Fil Dişi sahili 14, Efiopiya 13, Çad 11, Liviya - 10, Somali 8, Keniya - 6, Qana 5, Muras adası (Afrika qitəsinin şərqi) 5, Tanzaniya 4, Tunis  4, Hollandiya 1, Burkina Faso 1, Burundi 1, Oman 1, İordaniya 1 və Benin də hesabatda məlum olmayan rəqəmlərdən ibarət olduğu bildirilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ