SON DƏQİQƏ

PressDent.Info

İsrail 300 min fələstinliyə illərdir pasport vermir

İsrail 300 min fələstinliyə illərdir pasport vermir
2-10-2015, 16:35 25070 dəfə baxılıb


Qəzzada illər əvvəl əllərindən alınan pasportlar minlərlə fələstinlini bütün hüquqlardan məhrum edib.

 

İsrail ilə Ərəb orduları (Misir, İordaniya və Suriya) arasında 1967-ci ildə baş verən "Altı Gün" müharibələri ucbatından Qəzzadan köç etdikləri üçün bu gün hələ də şəxsiyyət vəsiqələri olmayan minlərlə fələstinli, ən əsas mədəni hüquqlardan məhrum halda yaşayır. Onlara qaçqın statusu verilib. 
 
Qısa müddətli səfərə icazə alaraq 1994-cü ildə Qəzzaya gələn və şəxsiyyət vəsiqələri olmadığı üçün bir daha kənara çıxmayan rəssam Dima Şaşağa və ailəsi də bu problemi yaşayanlardandır.
 
Şaşağa beynəlxalq və Ərəb ölkələrindən rəsm sərgilərinə iştirak etmək üçün bir çox dəvət aldığını, ancaq pasportu olmadığı üçün ölkə xaricinə səyahət edə bilmədiyini bildirib.
 
Şağşağa, "Bir müddət əvvəl xarici ölkədə işləmək üçün dəvət almışam, ancaq pasport almaq üçün şəxsiyyət vəsiqəm olmalıdır. Hər hansı bir şəkildə Qəzzadan çıxmalı olsam, bir daha buraya dönə bilmərəm. Burada həbsxanadakı kimiyik. İnsanın şəxsiyyət vəsiqəsiz yaşaması heç asan deyil", - deyib.
 

Buna da baxın

BMT öz qətnamələrinə niyə sahib çıxa bilmir?

Şəxsiyyə vəsiqəsinin olmamasını beynəlxalq aləmdə qazanmağı xəyal etdiyi şöhrətin qarşısındakı "ən böyük maneə" kimi xarakterizə edən Şağşağa, xaricdəki müştərilərindən məhsul qarşılığında bank vasitəsilə göndərilən pulu alarkən belə, çətinlik çəkdiyini vurğulayıb.
 
Uşaqlarını adlarına qeydiyyata ala bilmirlər
 
Qəzzadakı şəxsiyyət vəsiqəsiz fələstinlilərin yaşadığı sıxıntı sadəcə səyahət qadağasından irəli gəlmir. Minlərlə insan evlənmə, doğuş və mülkiyyət kimi bir çox mədəni haqqından da istifadə edə bilmir.
 
Uşaqlarını öz adına qeydiyyata saldıra bilməyən Mənar Əbu Hudra da bu problemi yaşayanlar arasındadır. Əbu Hudra İsrail pasportu almalarına gedən prosesi belə danışıb:
 
"Qəzzadakı pis həyat şərtləri səbəbi ilə 1989-cu ildə atamın istəyi ilə Birus-Səbada köçdük. Orada da istədiyimiz həyat keyfiyyətini tapmadığımız üçün 1994-cü ildə Qəzzaya dönmək məcburiyyətində qaldıq. Qayıdanda adlarımızın Fələstin əhali qeydiyyatından silindiyini və Fələstin pasportu almaq üçün İsrail pasportundan imtina etməyimiz lazım olduğunu öyrəndik. Atam Birus-Səbada evimiz olduğu üçün İsrail pasportundan imtina etməyi istəmədi".
 
Fələstin pasportu olmadığı üçün uşaqlarını da öz adına yazılmadığını bildirən Əbu Hudra, "Qanuni olaraq uşaqlarımın anası kimi deyiləm və bu çox əzabverici bir vəziyyətdir", - deyə bildirib.
 
Əbu Hudra qaçqın sifətini daşıdığı üçün satın aldığı torpağı öz adına dövlət qeydiyyatına aldıra bilmədiyini, sürücülük vəsiqəsi almadığını və səyahət etmədiyini deyir.
 
İsrail rejimi tərəfindən 1971-ci ildə 16 yaşında həbs olunan və 20 il həbsə məhkum edilən Fatma Əl-Hələbi də 1995-ci ildə Qəzzaya qayıdanda adının qeydiyyatdan silindiyini öyrəndiyini və o gündən bu yana dəfələrlə müraciət etməsinə baxmayaraq, şəxsiyyət vəsiqəsi almadığını qeyd edib.
 
İsrail həbsxanalarında gördüyü işgəncəyə görə bədəninin bir çox yerində yaranan sınıqlar üzündən yeriməkdə çətinlik çəkən Hələbi, əməliyyat olmaq üçün ölkə xaricinə çıxması lazım olduğunu, ancaq pasportu olmadığı üçün problemlə üzləşdiyini söyləyir.
 
"Pasport almağın qarşısındakı ən böyük maneə İsraildir"
 
Fələstin rəhbərliyinə bağlı Qəzzadakı Mədəni İşlər nazir köməkçisi Nasir Əs-Sirac Qəzzada şəxsiyyət vəsiqəsi almaq üçün gözləyənlərin sayının 5 minə çatdığını söyləyir.
 
İsrail rejiminin təxminən il yarımdır bu insanlara şəxsiyyət vəsiqəsi vermədiyinə işarə edən Sirac, Fələstinlilərin müalicə və ya təhsil kimi əsas ehtiyaclarını aradan qaldırmaq məsələsində böyük çətinlik yaşadığına diqqəti çəkərək, bu barədə İsrail tərəfi ilə danışıqlara davam etdiklərini bildirib.
 
Qəzzadakı Daxili İşlər Nazirliyinə bağlı Mülki İşlər, Pasport və Xarici İşlər İdarəsinin rəis müavini Mahir Əbu Subha isə Fələstinlilərin şəxsiyyət vəsiqəsi almasının önündəki ən böyük əngəlin İsrail olduğunu deyir.
 
Subha, "1967-ci ildəki müharibədə minlərlə Fələstinli Qəzza və Qərbi İordan çayı sahillərini tərk etmək məcburiyyətində qaldı. İsrail dərhal şəxsiyyət vəsiqələrini əllərindən aldı. Birinci İntifadanın başlamasından sonra 1988-ci ildə İsrail rejimi rəhbərliyi şəxsiyyət vəsiqələrini və əhali qeydlərini təzələdi və Qəzza ilə Qərbi İordanı tərk edənlərə şəxsiyyət vəsiqəsi verilməsini qadağan etdi" deyə bildirir.
 
Əldə edilən razılıq pozulur
 
İsrail ilə Fələstin rəhbərliyi arasında 1993-cü ildə imzalanan Birinci Oslo Müqaviləsi çərçivəsində Qərbi İordan və Qəzzadakı əhali qeydiyyat prosedurları Fələstin rəhbərliyinin təşəbbüsündə idi. Şəxsiyyət vəsiqəsinin verilməsi, səfər icazəsi və valideynlərdən hər hansı birinin işğal altındakı bölgə sakinlərindən olması şərti ilə doğulan uşaqların qeydiyyata alınması səlahiyyəti Fələstin rəhbərliyinə aid olsa da, bu sahədə aparılacaq bütün dəyişikliklər ilk növbədə İsrail tərəfinin razılığından keçirdi.
 

 

İsrail 2000-ci ildə öz əlindəki qeydlərə yenilərinin əlavə olunması prosesini təxirə saldı və o zamandan bu yana Fələstin rəhbərliyinin apardığı dəyişiklikləri də qəbul etmir. Bu gün isə Fələstin rəhbərliyinə yalnız doğum və ölümləri qeydiyyata alma, köhnələn şəxsiyyət vəsiqələrini dəyişdirmə hüququ verilib. Bu səbəbdən nə Fələstin rəhbərliyi, nə də Qəzzada Həmasın fələstinlilərə şəxsiyyət vəsiqəsi vermək səlahiyyəti yoxdur.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ