SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Məkkədə zəvvarları belə qoruyurlar? - VİDEO

Məkkədə zəvvarları belə qoruyurlar? - VİDEO
21-09-2015, 12:52 33599 dəfə baxılıb

Builki həcc ziyarətində zəvvarların təhlükəsizliyini və Məkkə şəhərində əmin-amanlığı təmin etmək, terror aksiyalarının ehtimalını sıfır səviyyəsinə endirmək üçün Səudiyyə Ərəbistanının hakimiyyət dairələri ölkə tarixində misli görünməmiş tədbirlərə əl atıblar.
 
Daily Mail bildirir ki, Məkkədə, xüsusilə də Kəbədə təhlükəsizlik videomüşahidə kameralarının sayı 5 minə çatdırılıb.
 
Səudiyyə Ərəbistanının elitar antiterror dəstəsi ilə yanaşı, təhlükəsizliyinin təminatına polis, yol polisi və mülki müdafiə qüvvələri də cəlb olunub. Beləcə, Məkkədə zəvvarların təhlükəsizliyini təmin edənlərin sayı 100 min nəfərə çatdırılıb.
 
General-mayor Mənsur əl Turkinin dediyinə görə, həcc zamanı Məkkəyə zəvvar axını illərdən bəri ən müxtəlif terrorçu təşkilatların və qrupların hədəfində olub.
 
"Bunu nəzərə alarıq və təhlükəsizliyi ən yüksək səviyyədə təmin etməyə çalışırıq. İndi İŞİD, "Əl Qaida" kimi terror qrupları tərəfindən hücum riskləri artdığından var qüvvəmizlə çalışırıq. Zəvvarları qorumaq borcumuzdur. Ziyarətə gələnlər narahat olmasınlar", - general-mayor söyləyib.
 
Səudiyyə Ərəbistanı DİN-nin həcc ziyarətinin təhlükəsizliyinin tam təminatı ilə bağlı yaratdığı mənzil-qərargah Mina dağının ətəyində, çadır şəhərciyinin yaxınlığındadır.
 
Mərkəzə bilavasitə Səudiyyə Ərəbistanının DİN başçısı, vəliəhd şahzadə Məhəmməd bin Naif rəhbərlik edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ