SON DƏQİQƏ

PressDent.Info

Avropa Birliyi Belarusa qarşı sanksiyaları götürür

Avropa Birliyi Belarusa qarşı sanksiyaları götürür
17-09-2015, 21:52 19600 dəfə baxılıb

Avropa Birliyi Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı tətbiq etdiyi sanksiyaları dayandırmağa hazırlaşır. Bu barədə “Reuters” bu gün məlumat yayıb.

“Avropa Birliyi Belarusa qarşı tətbiq edilən sanksiyaların bəzilərini çox güman ki, ləğv edəcək. Bura o cümlədən prezident Aleksandr Lukaşenkonun Qərb ölkələrinə səfərlərinə qoyulan qadağanın götürülməsi daxildir. Lukaşenko ötən ay siyasi məhbusların bir qrupunu həbsdən buraxıb” – deyə diplomatik mənbələrdən bildirilib.

“İnsan hüquqlarının pozulması ilə bağlı 200 şəxsə münasibətdə tətbiq olunmuş viza qadağası və xaricdəki aktivlərinin dondurulması ilə bağlı qərarın ləğvi də nəzərdə tutulur. Bu məsələ Lukaşenkoya, eləcə də prezidentə yaxınlığı ilə tanınan hakim və siyasətçilərə də şamil oluna bilər” – “Reuters”ə danışan mənbə əlavə edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ