SON DƏQİQƏ

PressDent.Info

16 yaşlı oğlan oyunla milyonçu oldu - FOTO

16 yaşlı oğlan oyunla milyonçu oldu - FOTO
13-08-2015, 17:46 24208 dəfə baxılıb

Kompüter oyunlarını çoxları faydasız məşğuliyyət saysalar da, geymerlər videooyunlar vasitəsilə varlana bilirlər.
Gizmodo bildirir ki, "Suma1L" niki ilə tanınan 16 yaşlı pakistanlı Sumail Həssan "DOTA 2" kompüter oyunu sayəsində 1,6 milyon dollar qazanıb.
 
O, pulları "DOTA 2" çempionatlarında qalib gələrək əldə edib.
Məbləğin əsas hissəsini Sumail "Evil Geniuses" komandasının heyətində "DOTA 2" üzrə "The International" çempionatında qazanıb.
 
Çempionatın final qarşılaşması avqustun 9-da Çinin "CDEC Gaming" komandası ilə "Evil Geniuses" arasında keçirilib.
 
4 oyunda "Evil Geniuses" komandası 3 qələbəyə nail olaraq "The International 2015"in çempionu olub.
Bu minvalla komanda 6,63 milyon dollar qazanıb və pullar komandanın heyətindəki oyunçular arasında paylanıb.
 
Sumail Həssana 1,6 milyon dollar çatıb.
 
 
 
 
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ