SON DƏQİQƏ

PressDent.Info

Misir ordusu Fələstin xalqına zərbə vurmağa başladı: tunellər dağıdılır

Misir ordusu Fələstin xalqına zərbə vurmağa başladı: tunellər dağıdılır
2-09-2015, 16:33 22292 dəfə baxılıb

Misir Fələstin xalqının "can damarı" kimi gördüyü tunelləri dağıtmaq üçün Qəzza sərhədinə böyük su boruları döşəməyə başladığı bildirilir.
 
Fələstin polis mənbələri bildirir ki, Misir ordusu təxminən bir həftə əvvəl Qəzza sərhədi boyu dar bir xəndək içərisinə 60 santimetr diametrində su boruları döşəməyə başlayıb. Sərhəd xəttindəki tunellərin bu borularla dənizdən çəkilən su ilə dağıdılması planlaşdırılır.
 
Tuneldən istifadə edənlərdən biri olan qəzzalı Əbu Əhməd Misirin sərhədə çəkdiyi boruların torpağın yumşalması ilə bütün tunellərin su altında qalacağını deyir. Misir ilə Qəzza sərhədində yer altına döşənən borulardan vurulan dəniz suyunun yeraltı sularla qarışmasının da ekoloji fəlakət olacağını qeyd edən Əbu Əhməd, "Sərhəd rayonu bataqlığa çevriləcək və sərhədə yaxın regionlarda kənd təsərrüfatı ilə məşğul olan fələstinlilər də bundan zərər çəkəcək", - deyib.
 
Misir ordusunun sözçüsü general-mayor Məhəmməd Semir açıqlamasında deyib ki, 6 ay ərzində Qəzzayla sərhədlərindəki 521 tunel girişi dağıdılıb, digərilərinin dağıdılması üçün isə işlər aparılır.
 
İsrail rejiminin blokadası altında olan Qəzzada demokratik seçki ilə hakimiyyətə gələn Həmasdan sonra, 2007-ci ildə Misir-Qəzza arasındakı Rifah Sərhəd Qapısı ticarət keçidlərinə bağlanmışdı. İsrail blokadası və sərhəd qapısının bağlanması səbəbindən fələstinlilər əsas ehtiyaclarını ödəmək üçün tunellərə yönəlmişdi.
 
Qəzza-Misir arasında çoxlu sayda tuneldən başda əsas qida maddələri, dərman ləvazimatları olmaqla Qəzza xalqının ehtiyac duyduğu bir çox material və yanacaq keçirilirdi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ