SON DƏQİQƏ

PressDent.Info

Meksikada 30 mindən çox insan cəsədlərinin qalıqları aşkarlanıb

Meksikada 30 mindən çox insan cəsədlərinin qalıqları aşkarlanıb
2-09-2015, 15:56 25258 dəfə baxılıb

Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatında prokurorluq əməkdaşları 31 minədək insan cəsədlərinin qalıqlarını aşkarlayıblar. Bu barədə, bu barədə  “Excelsior” nəşri məlumat yayıb.
 
Qalıqlar ştatın Salinas-Viktoriya rayonunda yerləşən rançolardan birinin ərazisində bir neçə gün davam etmiş güclü leysan yağışlardan sonra aşkarlanıb. Ehtimal olunur ki qalıqlar narkomafiya tərəfindən oğurlanan qurbanlara məxsusdur.
 
«İnsan Haqları uğrunda vətəndaşlar» QHT-sinin rəhbəri  Konsuela Morales, insan qalıqlarının qarışıq şəkildə olduğu üçün ölənlərin dəqiq sayının müəyyən etməyin çətinliyindən danışıb: «Hazırda prokurorluq əməkdaşları qurbanların dəqiq sayını müəyyənləşdirir, müvafiq ekspertizalar keçirilir».  
 
Qurum rəhbəri son 4 ildə itkin düşmüş vətəndaşlarla bağlı 967 ərizənin qeydə alındığını bildirib.    
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ