SON DƏQİQƏ

PressDent.Info

Məşhur yəhudi maqnatının İranla gizli əlaqələri üzə çıxdı - Rokfellerlərin Tehran macəraları

Məşhur yəhudi maqnatının İranla gizli əlaqələri üzə çıxdı - Rokfellerlərin Tehran macəraları
2-09-2015, 06:46 17773 dəfə baxılıb

Qərb ilə nüvə müzakirələri məsələsində razılığa gəldikdən sonra Türkiyə və Rəcəb Tayyib Ərdoğana qarşı ittihamları artıran İranın maliyyə dəstəyi məlum olub. 

Avropa.info xəbər verir ki, İranın 5 + 1 ölkələri ilə imzaladığı nüvə razılaşmasına məşhur yəhudi ailəsinə məxsus Rokfeller Fondunun maliyyə dəstəyi verdiyi məlum olub. 

Fondun İran ilə nüvə müzakirələrinə 2003-ci ildən bu yana böyük maliyyə dəstəyi verdiyi bildirilir. 
Rəsmi Tehranın bir çox sui-qəsd nəzəriyyəsində adı keçən Rokfellerlə qurduğu əlaqə İranın bölgədə tətbiq etdiyi siyasəti sual altına alır. 

2 iyulda Piter Valdman imzasi ilə “Bloomberg”-də dərc olunan "Rokfeller Fondunun maliyyələşdirdiyi sivil diplomatiya İran müqaviləsinin yolunu necə açdı" başlıqlı yazıda fondun 11 sentyabr hücumlarından sonra İran haqqında düşüncəsinin necə dəyişdiyindən bəhs edir. 

Yazıda Rokfeller Fondunun 2002-ci ildə İranın BMT-dəki nümayəndəsi və hazırki xarici işlər naziri olan Cavad Zərif ilə danışıqlar apardığı və fondun İran-Qərb nüvə müzakirələri üçün 4.3 milyon dollar xərclədiyi bildirilir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ