SON DƏQİQƏ

PressDent.Info

Hindistan məhkəməsi “ölüm orucu”na icazə verdi

Hindistan məhkəməsi “ölüm orucu”na icazə verdi
2-09-2015, 02:06 14469 dəfə baxılıb

Hindistanın Ali Məhkəməsi, Racastan məhkəməsinin ziddiyyətli caynizm ritualı – santaranı qadağan edən hökmünü ləğv edib.
 
Bu ritual acından ölənədək oruc tutmaqdan ibarətdir.
 
Bu ayın əvvəllərində Racastan məhkəməsi dini ayin olan santaranı intihar kimi qanunsuz elan etmişdi.
 
Caynistlər bu hökmə etiraz edərək deyirdilər ki, intihar günah sayılsa da, santara dini ayindir.
 
Göründüyü kimi ali məhkəmə bu iddianı dəstəkləyib.
 
Bununla belə, hüquqşünaslar bildirirlər ki, bu iş barədə çəkişmələr tezliklə başa çatmayacaq.
 
Caynizm dünyanın ən qədim dinlərindən biri sayılır və cayn rahibləri ifrat sadə həyat keçirirlər.
 
Santaranın bir adı da “sallexana”dır. Bu ayini adətən könüllü ölmək istəyənlər icra edirlər. Onlar ölümə hazırlıq kimi qidadan ümumiyyətlə imtina edirlər.
 
Bir çox insan haqları fəalları santaranı “ictimai şər” elan ediblər və onun qadağan olunmasına çalışırlar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ