SON DƏQİQƏ

PressDent.Info

PKK terrorçuları Türkiyənin yenə polislərə hücum edib-VİDEO

PKK terrorçuları Türkiyənin yenə polislərə hücum edib-VİDEO
27-08-2015, 17:42 22908 dəfə baxılıb

Türkiyənin Osmaniyə, Qaziantep və Van şəhərlərində polis PKK terrorçularının hücumuna məruz qalıb.
 
“Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Osmaniyə şəhərində terrorçular patrul vəzifəsi icra edən xüsusi hərəkat polislərinə hücum ediblər.
 
Ölən və yaralananların olmadığı hadisənin ardından qısa müddətli qarşıdurma yaşanıb. Bölgəyə dəstək üçün hərbçilər göndərilib və əməliyyat başlayıb.
 
Eyni zamanda PKK terrorçuları Qaziantep şəhərində polis bölməsini atəşə tutublar. Bölmənin yaxınlığında terrorçulara məxsus avtomobildə silah-sursat aşkar edilib. Hazırda hücumu törətməkdə şübhəli bilinən 3 nəfərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Vanda isə polis avtomobilinin minaatanlardan atəşə tutulması nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Hücumu törədən PKK silahlılarının tapılması üçün genişmiqyaslı əməliyyat hazırlanıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ