SON DƏQİQƏ

15:09 - Sumqayıt şəhər Tuq zavod yaşayış massivində fəaliyyət göstərən "STP - 3 Metaləritmə" zavodunda bu gün nöbəti dəfə partlayış olub. 4 - nəfər xəsarət alan var..

11:32 - Azərbaycan ordusu bizim milli sərvətimizdir.

17:00 - Sumqayıt Təcili Yardım Xəstəxanasında və Sumqayıt Polis İdarəsində Metaləritmə zavodunda baş verən ölüm hadisəsi haqqında heç bir məlumatları yoxdur?

12:26 - Səfa Şirinov kimi savadlı, bacarıqlı, gülərüz gənc kadırlara maksimal imkanlar yaradılaraq, patensial bacarıqlarından daha çox xeir götürmək olar...

17:22 - Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub

17:18 - İlham Əliyev Putini təbrik etdi

17:16 - Lukaşenkonun oğlu Rusiyanı şoka saldı - VİDEO

17:13 - İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb

17:08 - Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var

16:52 - Şoyqunun qızı azərbaycanlı məşhurun ad günündə: Görün nə hədiyyə etdi - "Dünyanın işləri"

16:48 - Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub

16:43 - TƏCİLİ! Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu VƏFAT ETDİ

15:07 - 9 saylı “Yol İstismarı” MMC - nin müdürü İsmayılov Natiq: Azərbaycan ilk dəfədir ki ərazi bütövlüyünü əldə edən qalib kimi beynəlxalq səviyəli yarışlara ev sahibliyi edir.

13:13 - İranda 8 nəfərin barmağı kəsilə bilər

13:11 - Hüquqşünas İlham Aslanoğlu yenidən həbs edilib

PressDent.Info

Rusiya tatarların ən böyük milli təşkilatını qadağan etdi

Rusiya tatarların ən böyük milli təşkilatını qadağan etdi
11-06-2022, 12:56 5829 dəfə baxılıb

Ümumtatar İctimai Mərkəzi tatar milli hərəkatının ən tanınmış ictimai-siyasi birliyidir. Təşkilat 1990-cı illərin əvvəllərində Tatarıstana tam müstəqillik verilməsini tələb edirdi

Tatarıstanın Ali Məhkəməsi Ümumtatar İctimai Mərkəzini (ÜİM) ekstremist təşkilat kimi tanıyaraq qadağan olunması barədə hökm çıxarıb.

Qərar dərhal qüvvəyə minib, lakin ondan şikayət verilə bilər.

ÜİM-in ekstremist təşkilat kimi tanınması üçün hələ 2021-ci ilin yanvarında Tatarıstan prokurorluğu müraciət etmişdi.

Prokurorluğun ittihamnaməsində deyilirdi ki, təşkilatın bir sıra üzvləri 16-cı əsrdə Kazanın zəbt olunması zamanı həlak olmuş qurbanların xatirəsinə (Xəter köne – Xatirə günü) həsr olunan mitinqdə ekstremist bəyanatlar veriblər.

Prokurorluq bunu da iddia edirdi ki, təşkilatın Nizamnaməsində də ekstremizm əlamətləri var.

Bundan sonra dövlət məhkəmə ekspertləri prokurorluğun vəsatətini araşdıraraq bu nəticəyə gəlmişdilər ki, ÜİM Tatarıstanın Rusiyanın tərkibindən çıxmasına yönəlik təbliğat aparır.

2021-ci ilin oktyabrında Rusiya Ədliyyə Nazirliyi “ekstremist hərəkətləri ilə bağlı” ÜİM-in fəaliyyətini dayandırmışdı.

Elə həmin ay 15 oktyabr mitinqində ruslara qarşı düşmənçiliyin qızışdırılması ilə ÜİM-ə qarşı inzibati iş qaldırılmışdı.

Ruslara xüsusi status verilməsinə qarşı

Amma sözü gedən mitinqdə iştirakçılar Rusiya konstitusiyasına “dövlətyaradıcı xalq” müddəasının əlavə edilməsinə etiraz bildirirdilər.

Prezident Vladimir Putinin təşəbbüsü ilə konstitusiyaya edilmiş düzəliş və əlavələrdə “dövlətyaradıcı xalq” dedikdə rusların nəzərdə tutulduğu aşkar idi.

ÜİM tələb edirdi ki, Tatarıstan parlamenti Tatarıstanda tatarları “dövlətyaradıcı xalq” elan edən qanun qəbul etsin.

Prokurorluq təşkilatı rusları və tatarları “dövlətyaradıcı” və “müstəmləkə” xalqları adlandıraraq qarşı-qarşıya qoymaqda ittiham edirdi.

Məhkəmə bu məsələ ilə bağlı ÜİM-i 250 min rubl məbləğində cərimə edən hökm çıxarmışdı.

Siyasi ekspertlər deyirlər ki, Putin hakimiyyətə gəldikdən dərhal sonra regionlardakı milli azlıqların muxtar hüquqlarının ləğvi siyasətinə başlayıb.

Təşkilat məhkəmə qərarını rədd edir

ÜİM-in lideri Farit Zəkiyev eksremizm ittihamlarını rədd edib və bildirib ki, məhkəmə qərarından şikayət veriləcək.

Ümumtatar İctimai Mərkəzi tatar milli hərəkatının ən tanınmış ictimai-siyasi birliyidir.

Təşkilat 1988-ci ildə yaradılıb. ÜİM 1990-cı illərin əvvəllərində Tatarıstana tam müstəqillik verilməsini tələb edirdi.

Lakin ÜİM son illərdə Tatarıstan Respublikasına xüsusi statusun verilməsini və tatar dilinin regionda dövlət dili kimi tanınmasını istəyirdi.

Təşkilatın rəhbəri Farit Zəkiyev məhkəmənin qərarını “gözlənilən” adlandırıb və deyib ki, “bugünkü Rusiyada müstəqil təşkilatıar ola bilməz”.

Zəkiyev hazırda Rusiya xaricindədir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ