SON DƏQİQƏ

PressDent.Info

İtaliyada vulkan püskürməsində turist həlak olub

İtaliyada vulkan püskürməsində turist həlak olub
4-07-2019, 20:56 6525 dəfə baxılıb

İtaliyanın Stromboli adasında güclü vulkan püskürməsi nəticəsində azı bir turist həlak olub, qalanları isə həyatlarını xilas etmək üçün qaçmağa məcbur olublar.

Yerli sakinlərdən keşiş Giovanni Longo iyulun 3-də yerli xəbər agentliklərinə deyib: “Lap cəhənnəm kimi idi, çünki göydən od yağışı tökülürdü”.

Rəsmilər bildirirlər ki, həlak olan turist bir yoldaşı ilə vulkana aparan cığırda olublar.

Xəbər verilir ki, havaya sovrulan kül və tüstü 50 kilometrlikdə olan Siciliyadan və İtaliyanın başqa ərazilərindən görünürdü.

Eoliya arxipelaqının yeddi adasından biri olan Stramboliyə yanğınsöndürən təyyarələr göndərilib.

Bu vulkan 2002 və 2007-ci illərdə də püskürmüşdü.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ