SON DƏQİQƏ

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

17:23 - "Eynallı qardaşları" MMC - nin yol macarası-VİDEO FAKT

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

15:36 - Vətənpərvər insan Naim müəllim

13:54 - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

13:49 - İcra başçısı Musa Şəkiliyev 3 uşaq anası xadiməni işdən qovdu – seçkidə Azər Kərimliyə səs verməyib

PressDent.Info

Urmiyə voleybol liqasına türkcə şüarlarla öz möhrünü vurdu

Urmiyə voleybol liqasına türkcə şüarlarla öz möhrünü vurdu
17-06-2019, 21:38 10701 dəfə baxılıb

Beynəlxalq Voleybol Federasiyasının (FİVB) millətlər liqası çərçivəsində Urmiyənin Qədir stadionunda keçirilən maçtlar tamaşaçıların səsləndirdiyi türkcə şüarlarla İran agentlikləri və sosial medianın gündəminə çıxıb.

Millətlər Liqasının (kişilər) üçüncü həftəsində 11-ci qrupda yer alan İran, Kanada, Polşa və Rusiyanın milli komandaları iyunun 14-dən 16-a qədər İran Azərbaycanının ikinci böyük şəhəri Urmiyədə qarşılaşıblar.

Qədir stadionunu həftə boyunca dolduran tamaşaçılar türk dilində həm ölkələrin yığmalarını alqışlayıb, həm də şüarlar səsləndiriblər. Sosial media istifadəçiləri Urmiyənin bu oyunlara türkcə şüarlarla öz damğasını vurduğunu yazırlar.

Bu mövzunu İran agentlikləri xəbər başlıqlarında dərc ediblər. İran agentlikləri həmçinin Urmiyədə İranın alqışlanmadığını irəli sürüblər.

“Stadionda hazır olan tamaşacılar alqışlarında İranın adını çəkmirlər. Onlar İran milli komandasına belə ‘Urmiyə milli komandası’ deyirlər. Bunun səbəbi bəlkə də milli komandanın bir çox oyunçusunun Urmiyədən olmasıdır. Tamaşaçılar israrlı bir şəkildə Urmiyəli oyunçuları alqışlayırlar” yarı-rəsmi Tasnim agentliyinin xəbərində dərc olunub.

Sosial mediada paylaşılan videolara əsasən, tamaşaçılar xüsusilə İran milli komandasının Urmiyəli kapitanı Səid Mərufu alqışlayırlar.

Keçən bir neçə gün ərzində beynəlxalq voleybol oyunları səbəbilə Urmiyə şəhərində görünən həyəcan və izdiham bir çox idman jurnalisti və İran rəsmilərini heyrətə salıb.

İran mətbuatı həmçinin Qədir stadionun Urmiyə üçün çox kiçik olduğunu yazıblar. On minlərlə vətəndaş matçları çayxanalarda, küçələrdə və bir neçə parkda yerləşdirlən böyük ekran televiziyalardan izləyiblər.

İranın idman və gənclər nazirinin müavini Məhəmməd Rza Davərzəni bu haqda belə deyib:

“Urmiyə əla bir ev sahibliyi sərgilədi. Asiyanın Voleybol Paytaxtı ünvanı bu şəhərin haqqıdır. Stadiona gələn tamaşaçılardan əlavə 50 min insan da oyunları küçələrdə və parklarda izlədilər. Mən əminəm ki, Qədir stadionu bir futbol stadionu qədər böyük olsaydı, yenə də tam dolardı.”

İran milli komandasının məşqçisi İqor Kolakoviç oyunlarında Urmiyədə keçirilməsindən məmnun olduğunu ifadə edib.

Kolakoviçin sözləri Beynəlxalq Voleybol Federasiyasının (FİVB) veb səhifəsində dərc olunub:

“Urmiyənin voleybolda çox zəngin bir tarixə malikdir. Bizim komandanın Urmiyədən gələn oyunçuları var. Öz xalqları önündə oynamaq onları həyəcanlandırır.”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ