SON DƏQİQƏ

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

17:23 - "Eynallı qardaşları" MMC - nin yol macarası-VİDEO FAKT

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

15:36 - Vətənpərvər insan Naim müəllim

13:54 - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

13:49 - İcra başçısı Musa Şəkiliyev 3 uşaq anası xadiməni işdən qovdu – seçkidə Azər Kərimliyə səs verməyib

PressDent.Info

Seçki günü Qazaxıstanda kütləvi həbslər olub

Seçki günü Qazaxıstanda kütləvi həbslər olub
10-06-2019, 16:54 9918 dəfə baxılıb

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, yerli vaxtla saat 14-dək seçkidə 50 faizdən artıq seçici iştirak edib.

Son məlumatlara görə seçki günü ölkədə yüzlərlə etirazçı saxlanıb.

Təkcə Alma-atı şəhərində 100-dək aksiyaçının saxlandığı bildirilir,. Həmçinin paytaxt Astanada yüzə yaxın etirazçı saxlanıb. Astananın mərkəzində keçirilən aksiyada azı 500 nəfər iştirak edib.

Saxlananlar arasında jurnalistlər də olub, amma az sonra onların bir qismi buraxılıb.

Iyunun 9-da Qazaxıstanda prezident seçkisi keçirilir.

Ölkənin müstəqillik tarixində ilk dəfədir ki, keçmiş prezident Nursultan Nazarbayev seçkidə mübarizə aparmır.

Seçki günü küçələrdə etiraz aksiyaları və həbslər müşahidə olunur.

Təkcə keçmiş paytaxt Alma-atının mərkəzində 100-ə yaxın etirazçı saxlanıb.

Onlar seçkini bayot etməyə çağıran şüarlar səsləndirirmişlər.

Məlumata görə, AzadlıqRadiosunun müxbiri Pyotr Trotsenko da saxlananlar arasındadır.

Etiraz aksiyaları “Tokayev mənim prezidentim deyil” şüarı altında keçirilir.

Aksiyaçılar bildirirlər ki, seçki ədalətli və azad olmayacaq.

Mərkəzi seçki komissiyasının məlumatına görə,yerli vaxla saat 12-dək seçkidə təxminən 35 faiz seçici iştirak edib.

78 yaşlı Nursultan Nazarbayev bu ilin martında istefaya getsə də ölkədə böyük nüfuza malik olan Təhlükəsizlik Şurasının sədri kimi qalıb. Bundan başqa o ömürlük “millətin atası” hesab olunur.

Nazarbayevin hakim “Nur otan” partiyası müvəqqəti prezident və parlamentin yuxarı palatasının keçmiş sədri Qasym-Zhomart Toqaev-in prezidentliyə namizədliyini irəli sürüb.

O seçkinin favoriti hesab olunur. Ümumilikdə prezidentlik uğrunda 7 namizəd mübarizə aparır.

Nazarbayevin qızı Dariqa Nazarbayeva isə atasının istefasından dərhal sonra parlamentin sədri seçilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ