SON DƏQİQƏ

PressDent.Info

Kərəm Həsənov daha bir məmuru devirdi

Kərəm Həsənov daha bir məmuru devirdi
19-08-2015, 14:50 44273 dəfə baxılıb

 

Ölkə başçısı cənab İlham Əliyevin Cəlilabad rayonuna səfər öncəsi əslən Cəlilabad rayonundan olan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov rayona gələrək, aparılan quruculuq işlərinə xüsusəndə Heydər Əliyev Mərkəzində işlərin hansı vəziyyətdə getməsi ilə tanış olub. Ölkə başçısının açılışını edəcəyi bir neçə obyektlə tanış olan Kərəm Həsənov görülən işlərin sürətlə davam etdirilməsini və yüksək keyfiyyətlə görülməsini icra başçısı Əziz Əzizova və birinci müavin Asif Əzizova bildirib. Xüsusilə qeyd edib ki, Prezident İlham Əliyev görülən işlərdən razı qalmalı və məni ölkə başçısının yanında pis vəziyyətdə qoymamalısınız. Hətta Kərəm Həsənov icra hakimiyyətinin qarşısında birinci müavin Asif Əzizova bir neçə iradlarını bildirib. O qeyd edib ki, nədənsə işlərinə biganə yanaşırsan, verilən tapşırıqları layiqincə yerinə yetirmirsən. Daha dəqiq desək çox yüksək səslə birinci müavinin üzərinə qışqırıb. Asif Əzizov komitə sədrinin ona qarşı kobudluğuna dözməyərək " Nə qışqırırsan əəə, mən sənin əlinin uşağıyam" deyərək sərt cavab verib. Həmin gündən Asif Əzizovun qara günləri başlayıb. Səbirlərinə hakim ola bilməyən Kərəm Həsənov icra başçısına bildirib ki, dərhal bu şəxs icra hakimiyyətindən getməlidir. İcra başçısı Əziz Əzizov nə edəcəyini bilməyərək, həmin gündən Kərəm Həsənovun qohum-əqrabasının qapısına minnətçi göndərərək, ona qarşı olan hörmətsizliyi bağışlamasını xahiş edib. Lakin inadından dönməyən komitə sədri barışmayacağını və onun cəzalandırılacağını dilə gətirib. Ölkə başçısı Cəlilabad rayonuna səfər etdikdən 3 gün sonra birinci müavin Asif Əzizovun kitabı bağlanaraq dərhal işdən çıxarılmasıda göz önündədir. Necə deyərlər "Qarşıdan görünən kənd, bələdçi istəməz". Yəni ki, Kərəm Həsənov bir neçə gün bundan öncə dediyini etdi və birinci müavini cəzalandırdı. İndi də icra başçısı Əziz Əzizov məsələn qorxuya düşərək, hər gün komitə sədrinin qohumlarının qapılarına xahişə adam göndərir ki, məni də bağışlasın. 

Xüsusilə qeyd edək ki, Kərəm Həsənov çox kinli adamdır və gələcəkdə icra başçısı Əziz Əzizovun taleyi Asif Əzizov kimi ola bilər. Bir sözlə icra başçısının taleyi sual altında qalmaqdadır.

Xalqxeber.Az

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ