SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

İcra başçısı ilə müavini arasında qalmaqal...

İcra başçısı ilə müavini arasında qalmaqal...
18-08-2015, 21:06 40755 dəfə baxılıb

Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavinlərindən biri vəzifəsindən kənarlaşdırılıb.
 
"Report"un məlumatına görə, RİH başçısının birinci müavini Asif Əzizov işdən çıxarılıb.
RİH başçısının birinci müavini postuna hələ ki, təyinat olmayıb.
 

Moderator.az - a bu barədə dünəndən məlumat daxil olmuşdu. Hətta bildirilirdi ki, başçı ilə müavin arasında İcra Hakimiyyəti binası qarşısında rüsvayçı olay yaşanıb və onlar hamının gözü qarşısında bir - birini təhqir ediblər, hətta aralarında yaranan münaqişənin əlbəyaxa davaya səbəb olmaması üçün orada olan icra hakimiyyəti işçilərindən araya girərək hər ikisini sakitləşdiriblər. Amma məlumatı dəqiqləşdirə bilmədiyimizdən yazmadıq. İndi isə bəlli olub ki, xəbər həqiqət imiş. 
 
İşin bir maraqlı tərəfi də olayın prezident İlham Əliyevin rayona səfərindən cəmisi bir neçə gün sonraya təsadüf etməsidir. Ola bilər ki, prezidentin xoşuna gəlməyən hansısa məqam olub və bu işdə icra başçısı Əziz Əzizov müavini günahlandırıb, o isə günahsız olduğundan ittihama aqressiv reaksiya verməyə məcbur olub...
 
Görünür, müavinin bu cür ötkəm davranışı və nümayişkaranə şəkildə başçıya qarşı çıxması onun işdən kənarlaşdırılmasından başqa yol qoymayıb...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ