SON DƏQİQƏ

PressDent.Info

Mehman Əliyev: Parlament seçkiləri öncəsi bir sıra siyası məhbus azadlığa buraxıla bilər

Mehman Əliyev: Parlament seçkiləri öncəsi bir sıra siyası məhbus azadlığa buraxıla bilər
18-08-2015, 21:00 21606 dəfə baxılıb

Azərbaycan parlament seçkiləri ərəfəsindədir. Bir çox mütəxəsislər düşünürdü ki, seçkilər öncəsi hökumət siyasi məhbuslarla bağlı müəyyən yumuşalmalara gedəcək. Amma bu baş vermədi, əksinə hökumət seçki öncəsi təzyiqlərini bir az da artırdı. Ekspertlər bu proseslərin arxasında müəyyən səbəblərin dayandığını qeyd edirlər.
 
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, Avropa Oyunları bitib və bundan sonra hökumətin bu sahədə müəyyən yumuşalmalara getməsini gözləmək məntiqsizlikdir: “Əgər hökumət insan haqları sahəsində müəyyən yumuşalmalara getsəydi Avropa Oyunları ərəfəsində gedərdi. Avropa Oyunları bitib və bundan sonra hökumətin bu sahədə müəyyən yumuşalmalara getməsini gözləmək məntiqsizlikdir. Məlumdur ki, Avropa Oyunları zamanı Qərbdən hakimiyyətə müəyyən sərt təzyiqlər var idi. Düşünürdüm ki, o ərəfələrdə müəyyən yumuşalmalar ola bilərdi. Amma bu təzyiqlərə cavab olaraq hakimiyyətin siyasəti dəyişməz olaraq qaldı. Təzyiqlərin heç bir təsiri olmadı.
 
Hökumətin geri çəkilməməsində və insan haqları sahəsində güzəştlərə getməsməsində bir neçə səbəb göstərmək olar. İlk olaraq hökumət düşündü ki, Qərbin təzyiqləri müqabilində  hökumət geri addım atarsa bu onların nüfuzuna ciddi zərbə vura bilər. Digər tərəfdən Avropa Oyunlarında da Qərbin münasibəti birmənalı olmadı. Hökumət Qərbin bu münasibətinə cavab olaraq  bu davranışlarını nümayiş etdirdi. Amma son vaxtlar bır sıra tələsik məhkəmələr keçirildi. Bu tez tələsik məhkəmələrin keçirilməsindən belə nəticəyə gəlirəm ki, parlament seçkiləri öncəsi bir sıra siyası məhbus azadlığa buraxıla bilər. Düşünürəm ki, bu sahədə müəyyən addımlar atılacaq”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ