SON DƏQİQƏ

PressDent.Info

3 ayda 3611 boşanma olub

3 ayda 3611 boşanma olub
17-05-2017, 14:23 14268 dəfə baxılıb

2017-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 13305 nikah və 3611 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu ilin yanvar-mart aylarında ölkədə 15 860 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6 təşkil edib.
Cari ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 635 nəfər gələn və 301 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 334 nəfər təşkil edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ