SON DƏQİQƏ

PressDent.Info

Eldar Mahmudovun oğlunun şəriki axtarışa verilib

Eldar Mahmudovun oğlunun şəriki axtarışa verilib
28-03-2017, 14:33 21315 dəfə baxılıb

İnterpolun saytında yerləşdiriğn məlumata görə 1972-ci il təvəllüdlü Ayaz Kərimov beynəlxalq axtarışa verilib.

O, vəzifə səlahiyyətlərini aşma və özgəsinin əmlakını ələ keçirməkdə təqsirləndirilir. A. Kərimov Azərbaycanı tərk etdiyi üçün beynəlxalq axtarışa verilib. “Caspian Telekommunications” şirkətinin rəhbəri olan Ayaz Elxan oğlu Kərimovun əmlaklarına da həbs qoyulub. Kərimovun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, “Harley Devidson” markalı motosiklet 12.500 manat, “AKEY” MMC-nin adına rəsmiləşdirilmiş “Maserati Quatroporte” markalı avtomobil 155.733.8 manat, “Jaguar XJ” markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib. Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçirdiyi bir neçə tenderin qalibi olmuş “Caspian Telekommunications” şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların eyni zamanda biznes şəriki olduqları bildirilir. RYTN-də baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə A. Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb. Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ