SON DƏQİQƏ

PressDent.Info

İranda qadağandır, amma Əhmədinejad “hey tvitləyir”

İranda qadağandır, amma Əhmədinejad “hey tvitləyir”
6-03-2017, 18:00 15486 dəfə baxılıb

“The Guardian” yazır ki, Tvitter İranda qadağan altında olsa da, onun keçmiş mühafizəkar prezidenti Mahmud Əhmədinejad elə hey tvitləyir.

Məqalədə deyilir ki, bir vaxtlar Tvitterin öz ölkəsində qadağanına dəstək vermiş Əhmədinejad İranda Tvitter-ə qoşulan siyasətçilərdən biridir.

Əhmədinejadın ilk tvitlərindən birinə qoşulmuş videoda o tərəfdarlarını onu @Ahmadinejad1956 ünvanında izləməyə çağırırdı.

“Allahın adı ilə dünyanın bütün azadlıqsevər insanlarına” – yazıb Əhmədinejad ingiliscə.

Əhmədinejadın Tvitter hesabında belə bir bioqrafik qeyd verilib: “Ər, ata, baba, universitet professoru, prezident, mer və vüqarlı iranlı”.

Tvitter xidməti milyonlarla adi vətəndaş üçün bağlı olsa da, ölkənin prezident Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif də daxil bir çox vəzifəli rəsmiləri müntəzəm olaraq tvit edirlər.
Hətta ölkənin ali rəhbəri Əli Xamaneyinin ofisi də bir neçə dildə Twitter hesabı saxlayır.

Müxtəlif proqramlar vasitəsi ilə hər halda Tvitterə girişi olan iranlılar yazırlar ki, Əhmədinejadın 2009-cu ildə ziddiyyətli qələbəsindən sonra bloklanmış bu sosial media platformasından indi onun özünün istifadə etməsi qəribədir. Həmin prezident seçkisinin ardınca Twitter kütləvi etirazların təşkilində istifadə edilən ilk sosial media olmuşdu.

Yaşıllar hərəkatına, İranda həm də “Twitter inqilabı” deyirlər.

Bundan sonra Twitter və başqa sosial media şəbəkələri Yaxın Şərqdə və Ərəb baharı zamanı etirazların əsas platforması olmuşdular.

“The Guardian” yazır ki, özünün mühafizəkar mövqeyinə baxmayaraq 2013-cü ilədək prezident olmuş Əhmədinejad hazırda hakim elitanın gözündən düşüb. Beləki hətta Xameneyi onu ötən il keçirilən prezident seçkisinə qatılmaqdan çəkindirib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ