SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda piyada ölümü yenə "liderlik" edir

Azərbaycanda piyada ölümü yenə
14-11-2016, 17:45 56202 dəfə baxılıb

Azərbaycanda ötən 10 ay ərzində qeydə alınmış yol-nəqliyyat hadisələri zaman puyadaların vurulması ilə baş verən hadisələrin sayı yenə də üstünlük təşkil edir.

 
Yol-nəqliyyat hadisələrinin 41,8%-ni (702) piyadaların vurulması təşkil etmiş, nəticədə257 piyada həlak olub, 516-ı yaralanıb.
 
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qeyd olunan dövür ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin 41,8%-ni (702) piyadaların vurulması təşkil etmiş, nəticədə257 piyada həlak olub, 516-ı yaralanıb.
 
Yol nəqliyyat hadisələrinin 38,9%-i (654 hadisə, 250 ölüm, 708 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,2%-i (390 hadisə, 179 ölüm, 340 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,9%-i (217 hadisə, 49 ölüm, 256 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (33 hadisə, 15 ölüm, 31 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
 
2016-ci ilin 10 ayı ərzində respublika ərazisində 1677 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 638 nəfər həlak olub, 1721 nəfər yaralanıb. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ