SON DƏQİQƏ

PressDent.Info

Qəzada ölən arvadını iki il sonra televiziyada görüb şok oldu

Qəzada ölən arvadını iki il sonra televiziyada görüb şok oldu
10-11-2016, 17:08 12441 dəfə baxılıb

Məhəmməd: “Basdırdığımız cənazənin başqasına aid olduğunu bilmirdim”

 

Arvadının yol qəzası nəticəsində öldüyünü düşünən adam iki il sonra televiziya proqramında onun yaşadığını öyrənincə şok keçirib. Fasın Benı Mellal-khenifra bölgəsinin Azilal qəsəbəsində yaşayan Abragh Məhəmməd adlı adam yol qəzası keçirən arvadını Kasablankada bir xəstəxanaya aparıb. Kədərli ərə arvadının vəziyyətinin ağır olduğunu söyləyən həkimlər müalicəyə davam edəcəklərini, lakin çox ümidli olmaması lazım olduğunu söyləyiblər. Həkimlər həmçinin müalicə xərclərini ödəməsi üçün ona faktura da veriblər. Abragh Məhəmməd müalicə ödənişini qarşılamaq üçün xəstəxanadan 4 saat yol məsafəsində olan Azilalə dönüb. Müalicə fakturasının pulu ilə xəstəxanaya dönən Məhəmmədə həkimlər arvadının öldüyünü söyləyib.

Arvadının kəfənə bükülmüş və tabuta qoyulmuş cənazəsini alaraq Azilalə dönən ər burada yoldaşını dəfn edib. Cənazə mərasimindən iki il sonra “İtənlər” adlı məşhur televiziya proqramına öldüyü düşünülən qadın canlı telefon bağlantısı ilə qatılıb. Telefondakı qadın əri ilə əlaqəni itirdiyini bildirib, adını və daha əvvəl yaşadıqları ünvan məlumatlarını açıqlayıb.

Yayımlanan proqramı izləməyən dul ərə qohumları və yoldaşları şokedici xəbəri veriblər. İspan mətbuatına danışan Məhəmməd “Basdırdığımız cənazənin başqasına aid olduğunu bilmirdim. Arvadımın həyatda olduğunu da bilmirdim.” sözləriylə yaşadığı qarışıqlığı ifadə edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ