SON DƏQİQƏ

PressDent.Info

Yenicə həbsdən çıxmış gənc fəalı 200 manat cərimələndi

Yenicə həbsdən çıxmış gənc fəalı 200 manat cərimələndi
6-02-2014, 04:56 29446 dəfə baxılıb

 


Nərimanov Rayon Məhkəməsi Rəsul Mürsəlovun 200 manat cərimələnməsi ilə bağlı qərar çıxarıb.                                                           

                                                        ****
AXCP fəalı, yenicə həbsdən çıxan Rəsul Mürsəlovu fevralın 6-da polis saxlayıb. Hazırda onun Nərimanov rayon polis idarəsinin 18-ci bölməsində olduğu bildirilir. Bu barədə AzadlıqRadiosuna bölmənin qarşısında olan partiyanın gənclər təşkilatının üzvü Fuad Əhmədli məlumat verib.

“Deyilənə görə O, keçiddən keçmədiyinə görə saxlanılıb. Polis Rəsul Mürsəlovdan qabaq keçiddən keçməyənlərə bir söz deməyib, onu saxlayıb. Rəsul da buna etiraz edib və bundan sonra polisin göstərişinə əməl etmədiyi üçün bölməyə aparıblar. İndi biz bölmənin qarşısındayıq”.


Polis bölməsindən məlumatı təsdiq etməyiblər.

Fuad Əhmədli deyir ki, polisdən onlara da Rəsul Mürsəlovun bölməyə gətirilmədiyini deyiblər, amma onlar bölməyə gələndə onun orda olduğunu görüblər və elə saxlanmasının səbəblərini də onlara özü danışıb.

Bundan öncə Rəsul Mürsəlov 2012-ci ilin iyulunda Balakən rayonunun Gürcüstanla sərhəd Çölçü kəndində saxlanılaraq 1 il 6 ay azadlıqdan məhrum edilmişdi. Barəsində “sərhədi qanunsuz keçmə” maddəsi ilə cinayət işi açılmışdı. Rəsul Mürsəlov yanvarın 25-də həbsdən çıxıb.

 

azadliq.org

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ