SON DƏQİQƏ

PressDent.Info

Gənc fəal Rəsul Mürsəlov həbsaxanada döyülüb

Gənc fəal Rəsul Mürsəlov həbsaxanada döyülüb
22-05-2013, 04:47 39273 dəfə baxılıb

Həbsdə olan gənc fəal  Rəsul Mürsəlovun anası Sənubər xanım 14 saylı cəza çəkmə müəssisəsində oğlunun döyüldüyünü bildirib və  BMT-nin “Qırmızı xaç” nümayəndələrinin məhbusun vəziyyəti ilə maraqlanmağını tələb edib.

Məsələ ilə əlaqədar Rəsul Mürsəlovla bu günlərdə görüşmək istəyən müxalifətçı gənclərdən Cəmil Hacıyevlə əlaqə saxladıq. O, bildirdi ki,  14 saylı cəza çəkmə müəssisəsində görüş üçün ərizə yazsalar da, nəzəratçi görüş verə bilməyəcəyini söyləyib. ” Nə baş verdiyini bilmirdik, amma hamısı təşviş içində idi.  Onlar tez 14 saylı cəza çəkmə müəssisəsinin rəisinə xəbər verdilər.  10 dəqəqədən sonra  rəis Kəngərli bizim yanımıza gəldi və bildirdi ki, içəridə olan insidentlə əlaqədar Rəsul Mürsəlova garşı fiziki zor tətbiq edən şəxs karsa salınıb. Bu dəfə üzürlü sayın, gələn dəfə görüşə şərait yaradarıq”.

Cəmil Hacıyev onu da əlavə etdi ki, məsələ ilə əlaqədar Ədliyyə Nazirliyinin qaynar xəttinə məlumat verilsə də heç bir şey dəyişməyib
“Nəzrətçilər tərəfindən idarə edilən məhbuslar, siyasi məhbuslara qarşı qaldırılır və adını da qoyurlar ki, güya bunlar çöldə bir-birlərinə qarşı əks siyasi fikirli olublar”, - deyə Cəmil Hacıyev bildirdi.

Xatırladaq ki, Rəsul Mürsəlov “Eurovision” ərəfəsində təşkil olunan “Sing for democrasy!” (Demokratiya naminə oxu!) kampaniyasının fəal iştirakçılarından olub. Musiqi yarımasından sonra tutularaq 15 sutkalıq inzibati həbslə cəzalandırılmışdı. Daha sonra isə, guya Balakən –Zaqatala bölgəsində sərhəd pozuculuğunda günahlandırılaraq 1il 6 ay müddətində azadlıqdan məhrum edilib.

azadliq.info

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ