SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Həsən Ruhani SSRİ-ni Əfqanıstanda kimin məğlub etdiyini açıqladı

Həsən Ruhani SSRİ-ni Əfqanıstanda kimin məğlub etdiyini açıqladı
16-08-2015, 04:09 39625 dəfə baxılıb

“Əfqanıstanın sovet ordusu üzərindəki qələbəsi, islam dünyasında islami müqavimət hərəkatları Xomeyninin rəhbərliyi altında islam inqilabının qələbəsi ilə başlandı və davam etməkdədir”.

Strateq. az İRİB-ə istinadən bildirir ki, bu sözləri İran prezidenti Həsən Ruhani Tehranda Ümudünya Əhli-Beyt Assambleyasının altıncı iclasının açılış mərasimində çıxışı zamanı deyib.

“Bütün Yaxın Şərqdə islami təfəkkürün dirçəlişi, Mərkəzi Asiya məscidlərinin minarələrindən azan səsinin ucalması, Livan xalqının sionist rejim qarşısındakı müqaviməti, Türkiyədə və Afrikanın şimalında islami hərəkat və nəhayət bütün islam dünyasında islami müqavimət hərəkatları imam Xomeyninin rəhbərliyi altında islam inqilabının qələbəsi ilə başlandı”,-deyə o, vurğulayıb.
Ruhani qeyd edib ki, İranda baş vermiş islam inqilabı dünya xalqlarına elan etdi ki, bu meyar coğrafi sərhədlər tanımır və dünyanın bir çox nöqtələrində davamçılara malik ola bilər.
İran prezidenti bildirib ki, müxtəlif səslərin eşidildiyi azadlıq dünyasında müsəlmanlar ən yaxşı seçimə malikdirlər. Din, sülhdür və zərurət məqamından başqa heç vaxt qılıncdan istifadə etmir.

Ruhaninin sözlərinə görə, Qərb dini etiqadın islam dünyasının ayrılmaz hissəsi olduğunu dərk etdikdən sonra bu gün də yeni bir yol seçərək, islam dinini zorakılıq və təfriqə dini kimi təqdim edirlər. Müsəlmanlar isə  bu təhrif qarşısında dayanmalı və müqavimət göstərməlidirlər.
Ümudünya Əhli-Beyt Assambleyasının altıncı iclası islamın hədəflərinin reallaşmasında birgə inkişaf və iştirak şüarı ilə Tehranda işə başlayıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ