SON DƏQİQƏ

PressDent.Info

Qadın hüququ

Qadın hüququ
16-08-2015, 03:13 36185 dəfə baxılıb

İctimai fəal Ruslan Məmmədzadə öz facebook hesabından qadın hüququna aid maraqlı yazı yazıb.

Yazını olduğu kimi dərc edirik.

Qadın siqaret çəkər ya çəkməz...?
Qadın içki içər ya içməz....?
Şortik geyinər ya geyinməz...?
Nə bilim azad seks belə gəldi, azad münasibət elə getdi və sairə və ilaxır...

Cəmiyyəti belə lazımsız mövzularla gic eliyiblər. Camaat da iki yerə bölünüb, çəksin, içsin, gəzsin deyənlər və bunlara pis baxanlar.

Özü də bunu ən çox müzakirəyə çıxardanlar kişilərdir Ay qardaş, sənə nə qadın hüququndan ? Qoy qadın haqqında qadınlar danışsın da. Sən hələ bir öz hüququnu düz-əməlli qoru, sonra keçərsən qadın hüquqlarına...Qadını elə qələmə verirlər ki, elə bil dili-ağzı yoxdur. Lazım olanda kişidən də güclü olur, kişidən də mübariz olur...

Elə yazırlar ki, elə bil kişilər yaxşı iş görüb siqaret çəkib, içki içir, ona görə də bunu qadınlar da mütləq eləməlidir. Fərli p_x yeyirik, gəlin qadınlara da təbliğ edək. Ya da ki, elə danışırlar ki, sanki, uşaq dünyaya gətirmək, evdə, ailəsinə yemək bişirmək aşağılayıcı işdir. Uşağı kim doğmalıdır bəs ? İnkubator ? Yaxşı tutalım ay qadın hüququnu qoruyan oğlan, sən həyat yoldaşına yemək bişirtdirmə, amma bunu etmək üçün axı başqa qadın tutub gətirib salırsan mətbəxinə. Day noooldu bu ?

Şortik geyinsin ya yox ? Əşşi geyinir geyinsin, geyinmir geyinməsin də, Burda böyüdüləcək, müzakirəsi açılacaq nə var ki ? Kim istəyir arvadına, bacısına şortik geyindirib salsın yanına gəzdirsin, kim də istəmir eləməsin. Bundan mənə nə, sənəı nə ?

Qaldı bu azad münasibət və azad seks məsələsinə. Burda uje hamısı ikiüzlülük edir. Bunu təbliğ edən oğlanın bacısı, anası, yoldaşı bunu etsə heç biri bunu qəbul etməz, amma nədənsə təbliğ edirlər.... Zarafata salıb "qız tutmaq üçün edirik " deyirlər, amma bu zarafatda bir gerçək payı var. Qız ağlı-qaz ağlı deyiblər. Bax bunlar bu qaz ağıllı qızları "bişirmək" üçün bunu edirlər. Sonrası heç veclərinə də deyil. Qız evdə qalacaq, pritona düşəcək, ya bar qızı olacaq, bunları bu ilgiləndirmir. Sadəcə, müəyyən bir vaxt ərzində o qızlarla keyf etmək istəyirlər. İçlərindən o qızlarla evlənən 1 faiz ola ya olmaya..... Buraxın azad seks tərəfdarı qızlarla evlənməyi, bunlar heç dul ya da boşanmış qadınla evlənməzlər...

Evlənəndə mütləq gedib bəyənmədikləri, ağız büzdükləri, bakirə qız alacaqlar. Boş-boş danımaqlarına baxmayın ki, bakirəlik orqanizmdə artıq şeydir ya nə. Orqanizmdə hələ bir köpəy oğlu artıq heç nə tapmayıb ki, siz tapasız. İnsanı yaradan kimsə onu mükəmməl yaradıb. İnsan özü özünə yaranıbsa da, bu heç nəyi dəyişmir, yenə də mükəmməldir. O üzdən "filan şey lazımsızdır" deyib vozdux buraxmayın. Həkimlər bilər, insanda timus deyilən bir şey var. İnsan doğulanda o böyük olur, yaş gəldikcə kiçilir və görünməz olur sonda. Niyə ? Çünki, funksiyasını itirir. Bax lazımsız şeyi orqanizm belə aradan çıxardır. Mən hələ o başıbəlalı "pərdəni" aradan çıxardan orqanizm görməmişəm...

O üzdən sənallah nə edirsinizsə səmimi edin. Bacısının gündə bir oğlanla öpüşməyini istəməyən oğlan gəlib burda azad seksdən dəm vurmasın. Arvadına şortik qadağası qoyan kişi gəlib burda "qadın şortik geyinməlidir " yazmasın. Anası hansısa ailəvi məclisdə bir qədəh şərab içdi deyə ona göz bərəldən oğlan, "qadın içki də içər, siqaret də çəkər" deməsin....

Qızlar, qadınlar, sizin də ağlınız olsun. Hər parıldayan qızıl olmadığı kimi hər deyilən də həqiqət deyil. Burda məqsəd əsla sizin hüquq və azadlıqlarınızı qorumaq deyil. Əsas məqsəd potensial "yataq qılarının" sayını artırmaqdır ki özlərinə rahat olsun.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ