SON DƏQİQƏ

PressDent.Info

Avtobus sürücülərinə pul ödəməyən sərnişinlər cərimələnəcək

Avtobus sürücülərinə pul ödəməyən sərnişinlər cərimələnəcək
14-10-2016, 19:07 30189 dəfə baxılıb

Azərbaycanda şəhərdaxili, rayondaxili sərnişin daşımaları yerinə yetirən avtobuslarda sərnişinlərin avtobusa ödəniş etməməsinə və sürücülərin sərnişinləri ödənişsiz daşıdığına görə cərimələnməsi qaydası dəyişib.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə  bu məsələ öz əksini tapıb. Dəyişiklik layihəsinə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat cərimə ediləcək.

Bundan başqa, müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına görə sürücüyə iyirmi manat cərimə tətbiq ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, yuxarıda qeyd olunan cərimə biletsiz getməyə və ya biletsiz aparılmaya görə tətbiq edilir.

“Biletsiz” və “sərnişinin biletsiz” sözləri “müvafiq qaydada ödəniş etmədən” və “müvafiq qaydada ödəniş edilmədən sərnişinin” sözləri ilə dəyişdirilir.

Layihə səsə qoyularaq qəbul edilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ