SON DƏQİQƏ

PressDent.Info

9 ayda inflyasiya 11,2 faiz artıb

9 ayda inflyasiya 11,2 faiz artıb
12-10-2016, 19:11 16530 dəfə baxılıb

Bu ilin 9 ayında Azərbaycanın istehlak bazarında qiymətlər 2015-ci ilin həmin dövrü ilə müqayisədə 11,2% artıb. Dövlət Statistika Komitəsi məlumat verib.

Rəsmi məlumata görə, sözügedən müddətdə ərzaq inflyasiyası 12,7% təşkil edib. Qeyri-ərzaq malları 15,9%, əhaliyə pullu xidmətlər 5,2% bahalaşıb.

Sentyabrda mal və əhaliyə xidmətlərin qiyməti orta hesabla 2,3%, o cümlədən ərzaq məhsulları 4%, qeyri-ərzaq malları 1,6%, xidmətlər 0,6% artıb.

DSK bu ilin avqustu ilə müqayisədə alma, balqabaq və soğandan başqa bütün ərzaq məhsullarının qiymətində  artım qeydə alıb.

Oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev deyib ki, 2017-ci ildə birrəqəmli inflyasiya gözləyir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ