SON DƏQİQƏ

PressDent.Info

Bahalaşmanı hökumət də təsdiqlədi

Bahalaşmanı hökumət də təsdiqlədi
7-10-2016, 18:08 20445 dəfə baxılıb

Ötən ay inflyasiya 2,3 faiz olub. Dövlət Statistika Komitəsi (DSK) avqustda 0,5 faiz inflyasiya olduğunu bildirmişdi.

Sentyabrda ərzaq məhsulları – 4 faiz, qeyri-ərzaq məhsulları – 1,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,6 faiz bahalaşıb.

Həmin ayda, demək olar, qiyməti qalxmayan ərzaq qalmayıb: düyü, un, çörək, makaron məmulatları, qarabaşaq, yulaf və arpa yarması, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, qənd və şəkər tozu bahalaşıb. Siqaretin də qiyməti artıb.

Soğan sevindirib?

Yay mövsümünün bitməsilə bir çox meyvə-tərəvəz də (limon, banan, üzüm, kələm, göyərti, pomidor, xiyar, badımcan, bibər, göy lobya, kartof, kök, çuğundur, sarımsaq) daha yüksək qiymətə satılmağa başlanıb.

DSK cəmi üç çeşid meyvə-tərəvəzin – alma, balqabaq və soğanın ucuzlaşmasını qeydə alıb.

Bütövlükdə yanvar-sentyabr aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri ötən ilin eyni dövrüylə müqayisədə 11,2 faiz bahalaşıb. Ərzaq – 12,7 faiz, qeyri-ərzaq məhsulları – 15,9 faiz daha baha satılıb. Əhaliyə ödənişli xidmətlərin qiymətlərində 5,2 faiz artım qeydə alınıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ