16:43 - Azərbaycan ziyallısı, Xızı rayon təhsil şöbəsinin müdürü Abdullayev Oktay Rza oğlu...
13:37 - Azərbaycanı işıqlı gələcəyə aparan yolun banisi Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyev!..
12:14 - “1000 bərəkət, halal nemət” - Halallığa tam zəmanət - VİDEO + FOTO
03:08 - Ramil Nabran: Ramil Nabran - Salam Qarabağ
12:04 - Şəhərimizin yeni siması Orbita MTK tikinti şirkətidir.
09:01 - Армяне или хаи? Маски сорваны
19:55 - Gənc müğənni Ramin Agakisiyev - Sevdiyim mahnısı
11:48 - AZƏRBAYCANDA MƏMUR ÖZBAŞNALIĞI
Böyük məbləğdə dələduzluqda ittiham edilən şəxslər azadlığa buraxıldı
Dələduzluqda təqsirləndirilən iş adamı Vüsal Abazərli saxlandığı Bakı İstintaq İdarəsindən azadlığa çıxıb.
Bu barədə vəkil Elvin Səlimov məlumat verib. O, bildirib ki, dünən Yasamal rayon Məhkəməsinin qərarı icra edilib.
Qeyd edək ki, Vüsal Abazərli ticarətlə məşğul olan iş adamıdır. Ona Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Verilən ittihamda onun şəhər sakininə qarşı 319 min manat və 43 min dollar dələduzluq etdiyi bildirilib. Dünən Yasamal rayon Məhkəməsində Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqinin vəsatəti və prokurorluğunun təqdimatına baxılıb. Prosesdə qərar elan edilib. Qərara əsasən polis və prokurorluğun təqdimatı təmin edilməyib.
***
Məhkəmədən 6 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Telman Xudaverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Telman Xudaverdiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci ( şərti) cəza tədbiq edilib. 3 il sınaq müddəti olaraq məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, 6 vətəndaşa qarşı dələduzluq əməli törədən Telman Xudaverdiyev Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub. Məhkəmə istintaqı zamanı o dəymiş ziyanı ödəyib.