SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Dələduzluqda təqsirləndirilən keçmiş hakim məhkəmədə ifadə verib

Dələduzluqda təqsirləndirilən keçmiş hakim məhkəmədə ifadə verib
6-10-2016, 19:24 27318 dəfə baxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət itthamçısı ittiham aktını elan edib.

F.Rzayev özünü qismən təqsirli bildiyini deyib. O, ifadəsində bildirib ki, 20 min manatı Eyvaz Abbasovdan borc olaraq alıb: “Hövsanda quşçuluq ferması açmaq üçün həmin pulları Eyvazdan borc aldım. Quşlar isə qırıldı. Daha sonra 20 min manatı qaytarmışam, bütün zərəri ödəmişəm”.

Daha sonra şahid Nazim İbrahimov dindirilib.

Zərərçəkmiş Eyvaz Abbasov da ifadə verib. Onun sözlərinə görə, oğlunu işə düzəltmək adı ilə F.Rzayeva 20 min manat pul verib: “Əvvəl 13 min manat pulu Fəxrəddin hissə-hissə geri qaytardı. 7 min manatın əvəzinə isə 12 sot torpaq verdi. Həmin torpağı da qardaşımın adına natariusda qeydiyyata saldırdıq. Bundan sonra gedib müstəntiqə yazılı ərizə yazdım ki, Fəxrəddin Rzayevdən şikayətçi deyiləm”.

Məhkəmənin baxış iclası oktabrın 13-nə təyin edilib.

Qeyd edək ki, F.Rzayev vətəndaş Eyvaz Abbasovun oğlunu Dövlət Yol Polisinə düzəltmək adı ilə ondan 20 min manat pulu dələduzluq yolu ilə əldə etməkdə təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

F.Rzayev əvvəllər Yasamal Rayon Məhkəməsinin hakimo olub. Bir müddət isə Bakı Hərbi Məhkəməsinin icra şöbəsində çalışıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ