15:06 - Azərbaycanlı rejissordan SƏRT SÖZLƏR: "Yataq səhnəsinə çəkilən aktrisalar..."
14:59 - Elçin İsmayıllının cəzası 9 ildən 7 ilə endirildi
14:57 - Gəncədə bina partlayıb, ölənlər var
18:28 - "İttihamları qəbul etmir" - Vəkili həbsxanada Təranə ilə görüşdü
18:17 - Bakını indi də Eldar Əzizov “sökəcək”
18:00 - Amaliya Pənahovanın vəzifəsi qızına verild
17:51 - Sona Vəliyeva Milli Tele-Radio Şurasındakı işini itirdi
17:46 - Sədərək ticarət mərkəzində yanğın olub
18:43 - Mirkamilin YALANI üzə çıxdı - Özgə uşağı özünkü kimi təqdim edib
18:37 - İsrailin müdafiə naziri istefa verdi
18:33 - Mingəçevirdə bədbəxt hadisə
19:16 - Murad Boz ən çox nədən qorxur ?
19:09 - “Azərkosmos” 308 milyon manat zərər edib
Bakıda mağazada sahibkarı güllələyən tutuldu
Paytaxtın hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilib.
Belə ki, okyabrın 4-də saat 19 radələrində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1969-cu il təvəllüdlü Zakir Məcidovun yaşadığı qəsəbədəki icarəyə götürdüyü mağazada odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu və polis idarəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. İş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.
Peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rauf Cəbrayılov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. R.Cəbrayılov cinayətin aləti olan tüfəngi könüllü olaraq istintaqa təhvil verib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.