SON DƏQİQƏ

PressDent.Info

Sosial müdafiə xərcləri 581 milyon manat azaldılır

Sosial müdafiə xərcləri 581 milyon manat azaldılır
29-09-2016, 23:37 23838 dəfə baxılıb

Referendum günü səsvermədə iştirak edən rəsmilər büdcə ilə bağlı ilk məlumatları açıqlayarkən bütün xərclərdə azalmanın olacağını desə də, sosial xərclərdə azalmanın nəzərdə tutlmadığını bildiriblər. Amma indi açıqlanan büdcə layihəsi bunun əksini göstərir.

Bu barədə iqtisadçı Rövşən Ağayev Facebook səhifəsində yazıb:
“2016-cı ilin büdcəsində son dəyişiklikdən sonra sosial müdafiə xərcləri 2.699 milyard manat proqnoz edilmişdi, 2017-ci ilin büdcəsində 2.118 milyard manat – 581 milyon manat (20%) azalma var. Bu fakt onu göstərir ki, hökumət 2-ci devalvasiyadan sonra sosial müdafiə xərclərini artırdığını cəmiyyətə nümayiş etdirmək üçün büdcədə həmin maddəni dəyişdi, reallıqda isə həmin vəsaiti xərcləmədi. Ona görə də indi sosial müdafiə xərclərini 2015-ci ilin səviyyəsində təsdiqləyir.
Səhiyyə xərcləri də azalma ilə proqnoz edilir – təxminən 54 milyon manat (6.5%) ixtisar var.
Yalnız təhsil xərclərində 29 milyom manat (1.6%) artım var.
Bu o deməkdir ki, son 2 ildə baş verən kəskin devalvasiya və onun doğurduğu inflyasiyaya rəğmən sosial müavinət, pensiya və büdcə işçilərinin maaşlarnda artım gözləməyə dəyməz.
Ən çox azalma investisiya xərclərindədi – 1.142 milyard manat və ya 38% azalma var”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ