16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....
11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq
10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?
22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...
11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri
11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?
11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?
23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...
15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?
14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi
20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi
14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev
13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.
21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.
QHT -lərə qarşı diskriminasiya
Qeydiyyat prosesində açıq diskriminasiya halları var.
Qeyri hökümət təşkilatlarına qarşı hakimiyyətin total hücümlarından və onların fəaliyyətinə nəzarəti gücləndirdikdən sonra bu sektora insanların marağı azalmışdı. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin məlumatına görə hazırda ölkədə dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının sayı 3.800-ü, mətbu nəşrlərin sayı isə 4.700-ü ötüb. Müqayisə üçün demək olar ki, Azərbaycan GHT-lərin sayına görə Ukrayna, Gürcüstan, Moldava kimi respublikalardan geridə qalır. Hakimiyyət GHT-lərlə münasibətdə bolşevik taktikasından istifadə edir: “ Kim bizimlə deyilsə deməli bizim əleyhimizədir”
Bu gün müstəqil fəaliyyət göstərən QHT-lər barmaqla sayılacaq qədərdir. Belə QHT-lər əvvəldən qeydiyyatdan keçib, müxtəlif fondlarla işləyərək müştərək lahiyyələrə malikdirlər, bu sektorda tanınıblar. Amma hakimiyyət QHT-lərin fəaliyyətinə nəzarəti gücləndirən qərarların qəbulundan sonra bu sektorda yalnız “Kongo” deyilən QHT-lər hökümət diktəsi ilə lazimi lahiyyələr üzrə fəaliyyət göstərillər. İş o yerdədir ki, qeydiyyata müraciət edən İctimayi Birliklərin təsisçilərindən kimsə müxalifət düşərgəsində olsa onların qeydiyyatdan keçməsi qeyri münkü olur, baxmayarq ki, QHT-lərin fəaliyyəti haqqında qanunlar sərtləşdirilib və onlar öz fəaliyyətləri barədə daha ciddi hesabatlar verməlidirlər.
Şəffaf İdarəçiliə Dəstək ictimayi birliyinində bu sıardan olan qeyri hökümət təşkiatııdır. İctimayi Birliyin sədri Sevil Kazımova bildirmişdir ki: “Bizim İctimayi Birlik 2014-cü ildə təsis edilmişdir. Bir neçə ortaq lahiyyələrdə iştirak eləçmişik, ümümilikdə bu sahədə təcrübəmiz kifayət qədərdir. Amma 2014-cü ildən bu yana 4 dəfə sənədləri hazırlayıb vermişik. Bizə üç dəfə cavab veriblər. Birinci cavab adın dəyişdirilməsi ilə ələqədar olub ki, buda absur bir cavab idi. Adın nə fərqi var fəaliyyət qanun çərcivəsindədirsə, daha tələbiniz nədir? Digər cavablarda isə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi nöqtə və vergül səhvləri sadalamaqla texniki səhvləri qeyd etmişdir. Bütün səndələri dəfələrlə yoxlayıb qapıda qoyduqları poçta atırıq. Düzünü desəm qəbul belə etmillər, deyillər poçta atın. Poçta atırıq sonrada deyillər filan sənəd çatmır. Axı bu səndələri təqdim etməmişdən əvvəl üç qrup mütəxəssis yoxlayır. Necə ola bilər ki, sənəd çatmaya? Buradan görünür ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi hər dəfə müraciətçilərə şablon cavablar verir. Elə ki, gördülər israr edirəm və cavabdeh səxlərlə görüşüb onları qanunlara əməl etməyə çağırıram, o saat uydurma ittihamlar yaradıllar. Bu günlərdə Binəqədi rayon İcra Hakimiyyətindən Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə bizim fəaliyyətimizdən şikayət ərizəsi daxil olub. Bizim yerləşdiyimiz offisə Baş Prokurorluğun Korrupsiyaya qarşı İdarəsindən zəng edib məni idarəyə çağırıblar. Zəng olan telefon nömrəsini təqdim edirəm: 563 56 40. Səbəbini soruşuram, yalnız bu cavabı verillər ki, “icra hakimiyyətindən sizin faliyyətiniz barədə şikayət var”.
Bizim qanundan kənar fəaliyyətimiz olmayıb ki, icra hakimiyyəti Baş Prokrorluğun Korrupsiya İdarəsinə şikayət eləsin. Bunun qurama olmağı elə zəng edən prokrorluğ işçisinin sözlərindən bilinirdi. Prorkorluq işçisi bildirir ki, gəlin bura deyəcəyik. Məndə rəsmi çağırış vərəqəsi göndərmələrini tələb etmişəm.
Qeydiyatımız olmadan belə bizim təşkilata müraciət edən insanlara hüquqi yardım etmişik. Burada heç bir qanun pozuntusu yoxdur. QHT haqqında qanunun əsasən QHT-lər həyata keçirdiyi lahiyələr hümanitar əsasda olmalıdır. Biz də bu əsasda insanlara kömək etmişik. Məsələnin mahiyyəti burasındadır ki, bizə müraciət edən insanların hüquqların pozan əsas etibarı ilə dövlət qurumları və yerli icra hakimiyyətləridir”.
Xatirladırıq ki, Şəffaf İdarəçiliyə Dəstək İctimayi Birliyinin idarə heyyətinin üzvüləri 2013-cü il prezident seçkilrəində Milli Şuranın namizədi Cəmil Həsənlinin vəkilləri və sələhiyyətli üzvüləridirlər.
informasiya şöbəsi