SON DƏQİQƏ

PressDent.Info

Sumqayıtda dəhşətli qəzada 6 nəfər öldü - FOTO

Sumqayıtda dəhşətli qəzada 6 nəfər öldü - FOTO
31-08-2016, 15:18 23142 dəfə baxılıb

Ötən gecə Bakı-Quba-Rusiya sərhədi magistral yolunda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
 
Magistralın 44-cü kilometrliyində, Sumqayıt şəhəri yaxınlığında "Volkswagen Passat" markalı, 99 DZ 632 dövlət qeydiyyat nişanlı və "VAZ 2102" markalı, 60 BS 663 nömrəli iki avtomobilin toqquşması nəticəsində vəfat edən şəxslərdən dördünün kimliyi artıq müəyyənləşdirilib. Hadisə zamanı "VAZ 2102"ni idarə edən 1983-cü il təvəllüdlü Məmmədov Elnur İsfəndiyar oğlu ilə sərnişini, 1982-ci il təvəllüdlü Məmmədova Arifə Yunis qızı, eləcə də onun avtomobilində olan 30-35 yaşlı qadın ilə 35-40 yaşlı kişi ölüblər. Həmçinin "Volkswagen Passat"ı idarə edən 1976-cı il təvəllüdlü Bayramov Elyar Yunis oğlu və sərnişini, 1982-ci il təvəllüdlü Rəhimov Ramil Adil oğlu da xəstəxanada vəfat ediblər.
 
Bildirilir ki, qəzaya səbəb "Volkswagen Passat"ın digər avtomobilin yoluna çıxması olub. (Lent.az)
 
Sumqayıtda dəhşətli qəzada 6 nəfər öldü - YENİLƏNİB - FOTO
 
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ