SON DƏQİQƏ

PressDent.Info

Sabah hava isti olacaq

Sabah hava isti olacaq
15-08-2015, 16:28 26816 dəfə baxılıb

Avqustun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, səhər isə bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ