SON DƏQİQƏ

PressDent.Info

Astarada baş vermiş faciəvi avtomobil qəzası ilə bağlı RƏSMİ

Astarada baş vermiş faciəvi avtomobil qəzası ilə bağlı RƏSMİ
17-05-2016, 00:52 26100 dəfə baxılıb

Daxili İşlər Nazirliyi (DİN) Astarada iki nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası haqda məlumat yayıb.
 
DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 13-də saat 10 radələrində Astara rayonunun Çayoba kəndində Xaçmaz rayon sakini Vüsal Xudaverdiyevin idarə etdiyi “KamAZ” və Astara rayon sakini Qalib Əliyevin idarə etdiyi “Mercedes-Benz” markalı (mikroavtobus) avtomobillər toqquşub, hər iki avtomobil aşıb, V.Xudaverdiyev hadisə yerindən qaçıb.
 
Nəticədə Q.Əliyevin sərnişinlərindən rayon sakinləri Yeganə Əliyeva və Ramil Quliyev hadisə yerində ölüb, digər 9 sərnişini xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
 
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Xudaverdiyev tutulub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ