16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....
11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq
10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?
22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...
11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri
11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?
11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?
23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...
15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?
14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi
20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi
14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev
13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.
“Görsəydilər ki, o necə ayaqyoludur…” – İcra Hakimiyyəti
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” ilə Beyləqanda tikdirdiyi və bugünlədə açılışı olan ayaqyolu ilə bağlı müzakirələr gündəmdən düşmür. Məsələnin tənqid olunmasına isə rayon icra hakimiyyəti əsəbi reaksiya verib.
Rayon icra hakimiyyətinin başçısının 1-ci müavini Telman Məstanov anspress-ə açıqlamasında deyib ki, KİV-in və ictimaiyyətin belə yüksək səviyyəli sanitar qovşağın açılışında başçının iştirakına verdiyi reaksiyanı başa düşə bilmir: “Bu çox yüksək səviyyəli sanitar qovşağıdır. Başçının iştirakına belə reaksiyanı anlaya bilmirəm. Bu söhbəti etmək ayıbdır. Sanitar qovşağını bu şəkildə (tualet kimi) təqdim edən adamlar görsəydi ki, o, necə bir qovşaqdır, məsələyə belə münasibət bildirməzdilər”…
Xatırladaq ki, sözügedən ayaqyolunun açılışında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə yanaşı Yaponiyanın Azərbaycandakı səfiri də iştirak edib.