SON DƏQİQƏ

PressDent.Info

Siyasi fəalın evinə hücum oldu

Siyasi fəalın evinə hücum oldu
3-04-2014, 23:57 45596 dəfə baxılıb

Keçmiş siyasi məhbusa qarşı təzyiqlər durmur.

 

Bir neçə gün öncə ailəsi ilə birgə novruz bayramını qeyd etmək üçün Zaqatala şəhərinə gedən siyasi fəal Rəsul Mürsəlova qarşı təxribat baş verib. Əvvəllər də rayona getməməsi haqda təhdid edilən fəal bayram münasibətilə bu "yasağı" pozub. O bayramdan bir gün öncə rayona gedib. 

 

Belə ki, martın 21 günü ailəsi ilə birgə yaşadığı evlərinə naməlum mülki geyimli şəxslər hücum edib. Hücum zamanı evin pəncərə şüşələri, dam örtüyü tamamilə dağıdılıb. Evin içində gizlənən ailə sonradan çölə çıxıb. Onlar hücum edən şəxslərin gedişindən sonra evdən çıxa bilib. Bu haqda azadliq.info ya müsahibə verən gənc fəal olayı təsdiq edib. Rəsul Mürsəlov olayı onun bölgədəki nüfuzunu zədələmək, siyasi fəaliyyətindən çəkindirmək üçün olduğunu bildirir.

 

Rəsul Mürsəlovun atası Qaynar TV yə verdiyi müsahibədə olayla bağlı belə danışıb: "Evimizə hücum edənlər gənclər idi. Güman ki, onları hakimiyyət 5-10 manat qarşılığında yollayıb və bununlada Rəsulu siyasi proseslərdən çəkindirməyi hesablayıblar. Ancaq Rəsul il yarım siyasi məhbus həyatı yaşayıb və heç zaman haqlı olduğu yolundan dönməyib. Mən bu haqda polisə şikayətə getdikdə isə məni qəbul etmədilər və "bizə ağıl verməkdənsə get oğluna ağıl ver, siyasi işlərin başını buraxsın" dedilər. Bu isə olayın bir başa hakimiyyətə bağlı olduğunu sübut edir" deyə Maarif Mürsəlov bildirib.

 

Olayla bağlı Zaqatala şəhər Polis Şöbəsi suallarımızı cavablandırmaqdan boyun qaçırdı.

 

informasiya şöbəsi

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ